Azərbaycana məxsus orbital mövqelər müəyyən edilmiş və təsdiqlənmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə və informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verir. Cənab Prezidentin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etməsi, eyni zamanda "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və tele-kommunikasiya peykinin orbitə çıxarılması haqqında" sərəncamı Azərbaycanın dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə peyk texnologiyalarının istehsalı və tətbiqi üçün geniş imkanlar açmışdır.
Nəzərə alsaq ki, peykin orbitə çıxarılması üçün zəruri olan şərtlərdən biri orbital mövqenin əldə olunmasıdır və Sovet İttifaqı dağılarkən, yurisdiksiyasında olan orbital mövqelərin onun hüquqi varisi olan Rusiyaya keçməsi səbəbindən digər MDB ölkələri kimi Azərbaycan da özünün orbital mövqeyinə malik deyildir. Buna görə də, Azərbaycan orbital mövqenin əldə edilməsi məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı ilə danışıqlar aparmaqla paralel olaraq, peykin orbitə çıxarılması üzrə region ölkələrinin etdiyi cəhdlərin üstələnməsi üçün peykin yerləşəcəyi orbital mövqenin əldə olunması üzrə səylərini artırmışdır.
Mövcud bazar şəraitində Malayziya hökumətinə məxsus və "Measat" şirkəti tərəfindən birgə istifadə üçün təklif olunan 460Ş orbital mövqedən istifadənin kommersiya baxımından daha cəlbedici olduğu məqbul hesab edilmiş və cari ilin may ayında birgə istifadə barədə müqavilə bağlanmışdır. Qeyd edim ki, BTİ ilə aparılan danışıqların nəticəsi olaraq, Azərbaycana məxsus orbital mövqelər müəyyən edilmiş və təsdiqlənmişdir. Demək olar ki, növbəti peyklərimiz Azərbaycanın özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcəkdir. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat vermişdir. O, bildirmişdir ki, artıq peykin orbitə çıxarılması tədbirləri çərçivəsində peykin istehsalı və orbitə çıxarılması üzrə müvafiq olaraq "Orbital" və "Arianespace" şirkətləri ilə müqavilə imzalanmış və ölkəmizin ilk telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur.
Azərbaycan peykinin tutumlarının kommersiya məqsədilə digər ölkələrə satışı ilə yanaşı, ölkənin bütün ərazisində keyfiyyətli yayımın təmin edilməsi, simli rabitənin mümkün olmadığı yerlərdə peyk vasitəsilə internet, VPN və s. kimi sürətli IP xidmətlərindən istifadə edilməsi mümkün olacaq. Telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında süni peykə malik Rusiyadan sonra ikinci ölkə olacaq və regionda bu sahədə öz liderliyini daha da gücləndirəcəkdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında