Meksikanın "The News" qəzetində Azərbaycanın xarici işlər naziri ilə müsahibə dərc olunmuşdur

Azərbaycanın xarici işlər nazirinin 2011-ci ilin əvvəllərində Latın Amerikası ölkələrinə nəzərdə tutulan rəsmi səfəri ərəfəsində Meksikanın nüfuzlu və ölkədə ingilis dilində yeganə nəşr edilən "The News" qəzetinin müxbiri Bakıda olmuş və nazir Elmar Məmmədyarovdan müsahibə almışdır.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirmişlər ki, "Azərbaycan Meksikanı vacib tərəfdaş kimi dəyərləndirir" başlığı altında dərc edilmiş müsahibədə Azərbaycanın Latın Amerikası regionu ilə münasibətlərin genişləndirilməsində maraqlı olduğu, respublikamızın region ölkələrində yeni diplomatik nümayəndəliklərinin açıldığı qeyd olunur, o cümlədən Meksika ilə həm çoxtərəfli, həm də müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ilə ikitərəfli ticarət-iqtisadi əlaqələrindən, xüsusən də enerji sektorunda əməkdaşlığın perspektivlərindən bəhs edilir.
Müsahibə zamanı xarici işlər naziri E.Məmmədyarov, həmçinin "The News" qəzetini Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi, Xocalı faciəsi və erməni millətçilərinin xalqımıza qarşı törətdikləri digər cinayətlərin BMT və dünya ictimaiyyətinə çatdırılması üçün aparılan hüquqi proseslər və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam edən danışıqlar barədə də geniş məlumatlandırmışdır.
Münaqişənin diplomatik vasitələrlə həll edilməsi üçün imkanların hələlik tükənmədiyini qeyd edən nazir E.Məmmədyarov bildirmişdir ki, Azərbaycan ərazilərinin 20 faizinin işğalı faktı BMT tərəfindən qəbul edilməsinə baxmayaraq, qlobal siyasətdə bəzən ikili standartlara yol verilir. Məhz bu səbəbdən də Azərbaycan beynəlxalq hüquq çərçivəsində, o cümlədən BMT-nin Əsasnaməsinə uyğun olaraq işğal edilmiş ərazilərini geri qaytarmaq üçün bütün imkanlardan, o cümlədən hərbi vasitələrdən istifadə edəcəyini istisna etmir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında