Azərbaycan, Qətər və Belçikada Türkiyənin müdafiə sənayesi məhsullarının təqdim olunacağı bürolar açılacaqdır

Türkiyə müdafiə sənayesi məhsullarının ixracı məqsədi ilə müxtəlif ölkələrdə təqdimat büroları (ofislər) açmağı planlaşdırır.
Ankaraya ilk təklif artıq Qətərdən gəlmişdir. Türkdilli ölkələrdə və Avropada da yeni mərkəzlər açmaq nəzərdə tutulmuşdur.
Türkiyə müdafiə sənayesi rəsmiləri məhsullarının ixracını artırmaq məqsədi ilə bir sıra görüşlər keçirmişlər. Görüşlərin nəticəsi olaraq cari ildə Azərbaycan, Qətər və Belçikada müdafiə sənayesi şirkətlərinin məhsullarının təqdimatı üçün büroların açılması qərarlaşdırılmışdır. Ötən il ilk ofis artıq Vaşinqtonda açılmış və fəaliyyətə başlamışdır. Məqsəd ABŞ-da türk müdafiə sənayesi məhsullarının təqdimatını və marketinq işlərini təşkil etməkdədir.
Ofislərdə "ASELSAN" şirkətinin istehsalı olan "Stinger" raketləri, dəyişən tezlikli radiostansiyalar, "ROKETSAN" şirkətinin 122 millimetrlik reaktiv lüləli yaylım atəş sistemləri (raketlər), "Yonca-Onuk" şirkətinin sürətli katerləri, "HAVELSAN" şirkətinin simulyatorları, hərbi elektron ləvazimatlar, "Otokar" və "FNSS" şirkətlərinin zirehli nəqliyyatları nümayiş olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında