Pakistanın aparıcı ingilis və urdu dilli qəzetlərində Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciəti və həmrəylik günündən bəhs edən məqalələr dərc olunmuşdur

Pakistanın aparıcı ingilis və urdu dilli qəzetləri olan "Daily Herald Tribune", "Al-Qamar", "Daily K2" və "Daily Azkaar" qəzetlərinin 2010-cu il 31 dekabr tarixli nömrələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti və həmrəylik günündən bəhs edən məqalələr çap edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, məqalələrdə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın hər il dekabrın 31-ni azərbaycanlıların həmrəyliyi günü kimi bayram etdiyi diqqətə çatdırılmışdır. Bununla yanaşı, məqalələrdə müstəqil Azərbaycan dövlətinin mövcudluğunun dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və onların təşkilatlanması üçün geniş imkanlar yaratdığı ifadə edilmişdir.
Məqalə müəllifləri dünya azərbaycanlılarının məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq aləmə təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verdikləri xüsusilə vurğulanmışdır. Həmçinin, 31 dekabrın ümummilli lider Heydər Əliyevin 1993-cü ildə imzaladığı müvafiq fərmanla milli həmrəylik günü kimi bayram edilməyə başlandığı oxucuların diqqətinə çatdırılır. Yazıların sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin tam mətni verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında