Yanvar ayında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, yeni ilin ilk, qış fəslinin ikinci ayı olan yanvarın birinci ongünlüyündə temperatur iqlim normasından bir qədər aşağı olacaq. İkinci və üçüncü ongünlükdə isə müsbət anomaniyanın üstünlüyü gözlənilir. Orta hesabla isə temperatur iqlim normasına yaxın olacaq.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi rayonlarda isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Sinoptiklərin verdikləri proqnoza əsasən yanvar ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 1-4 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 6-11, bəzi günlərdə isə 0-3 dərəcə isti olacağı gözlənilir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında