Binəqədi rayonunda uşaqlar Yeni il sevinci yaşadılar

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə artıq bir neçə ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əlil, şəhid, məcburi köçkün və aztəminatlı ailələrdən olan uşaqların bayram şənliyi keçirilir. Budəfəki tədbir də iştirakçılara xoş ovqat, nikbin ruh aşıladı. Hiss edilirdi ki, rayon icra hakimiyyəti aparatı tədbirin şən və yaddaqalan olması üçün ciddi hazırlıq işi görmüşdür.
Bayram şənliyi rayondakı "Cıdır düzü" şadlıq sarayında keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri Eldar Ağayev, Vüsal İsmayılov və YAP-ın Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov iştirak edirdilər. E.Ağayev iştirakçıları təbrik edərək bildirdi ki, ulu öndərimiz Heydər Əliyev həmişə uşaqlara böyük diqqət və qayğı ilə yanaşmışdır. Hazırda bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. E.Ağayev dedi ki, dövlət başçısı Prezident kimi fəaliyyət göstərdiyi ötən 7 il ərzində uşaqlara qayğını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlamış, məktəb və bağçaların yenidən qurulmasına, təmirinə, tikintisinə xüsusi önəm vermiş, həmin müəssisələrin yeni avadanlıqlarla təchizini vacib məsələlərdən biri kimi qiymətləndirmişdir.
Daha sonra natiq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən valideyn himayəsindən məhrum, habelə məcburi köçkün və aztəminatlı ailələrdən olan uşaqların xoşbəxt gələcəyi üçün həyata keçirilən tədbirlərdən, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən danışdı.
Tədbir Şaxta baba və Qar qızın balaca fidanları təbrik etmələri, şeir söyləmələri, mahnı oxumaları ilə davam etdirildi.
Sonda 120 uşağa bayram hədiyyəsi təqdim olundu.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında