Qaliblər mükafatlandırıldı

Azerbaijan- bmi, British Midland International və "İRƏLİ" İctimai Birliyi "Mən Londonda nə tapmaq istərdim" videomüsabiqəsinin qaliblərini mükafatlandırmışlar. Müsabiqəyə dekabrın 6-da start verilmişdi. Birinci yeri Elvin Abdullayev qazanıb. Elmin Seyidli və Elvin Aşirov ikinci və üçüncü yerləri tutublar.
Qaliblər bmi və "İRƏLİ" nümayəndələrindən ibarət jüri tərəfindən seçilib. Birinci yerin qalibinə Londona bilet və bmi şirkətindən hədiyyələr təqdim edilib. "Bu mənim üçün böyük hədiyyədir. Mən öz sevincimi ifadə edə bilmirəm. Mən bu layihəni təşkil edən hər bir kəsə öz minnətdarlığımı bildirmək istərdim. Bu gözəl layihə mənim üçün əlçatmaz görünən arzumu həyata keçirmək imkanı verdi,"- deyə Elvin Abdullayev qeyd edib. İkinci yerin qalibinə Londona bilet, üçüncü yerin sahibinə isə bmi şirkətindən hədiyyələr təqdim edilib. Müsabiqəyə qatılmaq üçün iştirakçılar Böyük Britaniya paytaxtında görmək istədikləri haqda qısa video (5 dəqiqədən çox olmamaq şərtilə) hazırlamalı idilər. Bütün videolar YouTube saytına yüklənib və "İRƏLİ" İctimai Birliyinin Facebook səhifəsinə yerləşdirilib.
Müsabiqə çoxlu sayda yaradıcı və istedadlı işi üzə çıxarıb. bmi və "İRƏLİ" müsabiqədə iştirak etmiş hər bir şəxsə öz təşəkkürünü bildirir.{nl}

Zaur ƏLƏSGƏROV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında