Qala - Pirallahı avtomobil yolunda piyada keçidi inşa olunur

Qala - Pirallahı avtomobil yolunun 3,6-cı ­ km-də yerüstü piyada keçidinin inşası aparılır.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda keçiddə montaj və qaynaq işləri görülür. Buna paralel olaraq inşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi işləri həyata keçirilir.

Bir aşırımlı metal konstruksiyalı yerüstü piyada keçidinin magistral yol üzərindəki hissəsinin ümumi uzunluğu
45 metr, iki ədəd giriş-çıxışlarında pilləkənlərinin hər birinin uzunluğu 15 metr, keçidin tam uzunluğu 75 metrdir. Piyada keçidinin hərəkət hissəsinin eni 3,5 metr, yol səthindən olan hündürlüyü 5,5 metr təşkil edir. Piyada keçidinin üstü açıq pilləkən və yolüstü hərəkət hissəsi metal lövhələrdən ibarət olacaq. İkimarşlı pilləkənlərin kənarında fiziki qüsurlu şəxslərin hərəkət etmələri üçün panduslar nəzərdə tutulub. Eyni zamanda piyada keçidinin ətrafında 2 ədəd avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışı təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.

Piyada keçidi elementləri mövcud normalara görə intensivliyi 400kq/m2 olan piyada yükü təsirinə hesablanaraq “Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib. Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olan piyada keçidinin inşası həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsini, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təmin etmiş olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında