Pakistanın "The Nation" qəzeti Azərbaycan haqqında məqalə dərc etmişdir

Pakistanın "The Nation" qəzeti Azərbaycan haqqında "Azərbaycan və qlobal çağırışlar" başlıqlı məqalə nəşr etmişdir. Məqalədə ölkəmiz barəsində geniş məlumat verilir, onun sürətlə inkişaf etdiyi xüsusi qeyd olunur.
Bildirilir ki, Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, ölkə iqtsadiyyatı dinamik şəkildə inkişaf edir.
Qəzet yazır ki, Azərbaycan zəngin enerji resurslarına malik olmaqla yanaşı, Avropa və Asiyanın qovuşuğunda yerləşdiyinə görə geostrateji əhəmiyyət kəsb edir.
Bundan başqa, məqalədə deyilir ki, Azərbaycanın paytaxtında mütəmadi olaraq beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Müəllif, xüsusi olaraq, bu ilin oktyabrında Bakıda keçirilmiş, dünyanın 55 ölkəsindən 60-dan çox alimin qatıldığı beynəlxalq münasibətlərə həsr olunmuş simpoziumu qeyd edərək, tədbirin əhəmiyyətindən danışır. Həmçinin simpoziumun sonunda qəbul olunmuş Bakı Bəyannaməsinin beynəlxalq münasibətlərə töhfə verəcəyini bildirir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında