Badamdar sakinlərinə yeni hədiyyə

Ölkə başçısı İlham Əliyevin vətəndaşların sosial problemlərinin həllinə diqqət və qayğının artırılmasına dair tapşırıqlarının icrası il ərzində Səbail Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar rayon ərazisində genişmiqyaslı təmir-abadlıq işləri aparılır, bir sıra sosial yönümlü layihələr həyata keçirilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı ərəfəsində Badamdar qəsəbə sakinləri daha bir hədiyyə almışlar. Rayon icra hakimiyyəti başçısının Badamdar qəsəbəsində keçirdiyi açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq qəsəbənin mərkəzindəki Tofiq Məmmədov küçəsi, 14 saylı binanın həyəti əsaslı təmir olunmuşdur. 1400 kvadratmetr asfalt salınmış, yeni söhbətgah və oturacaqlar quraşdırılmışdır. Binanın giriş hissəsi və pilləkənlər təmir olunmuş, aqlayla üzlənmişdir. Dəhlizlərdə yeni dəmir giriş qapıları quraşdırılmış, pəncərələr şüşələnmiş, rəngləmə işləri görülmüşdür. Həyətdə uşaqların oynaması üçün əyləncə qurğuları quraşdırılmış, voleybol meydançası tikilmişdir. Ətrafda yeni ağaclar əkilmişdir.
Səbail rayonunun durmadan böyüyən və inkişaf edən, əhalisinin sayı artıq 21min nəfəri ötən Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı son bir il ərzində qəsəbədə böyük abadlıq-quruculuq işləri aparılmışdır. Qəsəbədəkı 236 saylı orta məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq sentyabr ayında istifadəyə verilmişdir. RİH-nin təşkilatçılığı ilə qəsəbə mədəniyyət evi əsaslı surətdə təmir olunaraq lazımi avadanlıqlarla təmin olunmuşdur. Qəsəbədə 8 abad həyət, iki park istifadəyə verilmiş, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Xüsusi layihə əsasında qəsəbədə müxtəlif tədbirlər, xeyir-şər mərasimləri keçirilməsi üçün ayrıca bina inşa olunmuşdur. Obyekt avadanlıq və bütün inventarlarla, o cümlədən stol və stullar, qab-qacaq, müvafiq texniki vasitələrlə tam təmin olunmuşdur.
Abad həyətin istifadəyə verilməsi ilə yanaşı, Badamdar qəsəbəsindəki 236 və 239 saylı orta məktəblərin, 34 saylı poliklinikanın, qəsəbədəki mədəniyyət evi və digər təşkilatların nümayəndələrinin iştirakı ilə Badamdar qəsəbəsinin ərazisində növbəti iməcilik keçirilmişdir. 1500 ədəd kiparis, eldar şamı, zeytun ağacları əkilmiş və əvvəl əkilmiş, ağaclara qulluq göstərilmişdir. Ağac əkilməsi və onlara qulluq göstərilməsi üzrə iməciliklərin 2011-ci il ərzində də aparılması planlaşdırılır.
Badamdar qəsəbəsində sosial yönümlü layihələrin həyata keçirilməsi istiqamətində RİH tərəfindən görülən işlər davam edir. Qəsəbədəki mağaza və ticarət obyektlərinin fasadları üzlənilir, səkilər və yol kənarlarında abadlıq işləri aparılır. Yaxın vaxtlarda "Abad həyət" layihəsinin davamı kimi növbəti həyətin abadlaşdırılmasına və qəsəbə mərkəzindəki Heydər Əliyev parkının əsaslı təmirinə başlanacaqdır.{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında