Ölkəmizdə sosial layihələr uğurla həyata keçirilir

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasında Prezident   İlham Əliyev proqram xarakterli çıxışı zamanı Azərbaycanın bu ilin üç ayı  ərzində qazandığı uğurları  bir daha diqqətə çatdırdı.

Doğrudan da, dünyanın maliyyə böhranı  şəraitində  olduğu bir vaxtda  ölkəmiz  inkişaf edir, xüsusilə  qeyri-neft  sektoru yeni tərəqqi dövrünü yaşayır.
Prezident İlham Əliyev bildirmişdir ki, “iqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır”.

Söz  yox ki,  digər  sahələrdə  də əsaslı nailiyyətlər  qazanılmışdır. Bunun nəticəsidir ki, Azərbaycan bu gün heç bir maliyyə problemi yaşamır. Ölkəmizdə  sosial layihələr  uğurla həyata keçirilir. Yollar çəkilir, səhiyyə, təhsil, idman müəssisələri inşa edilir. Əlbəttə, qaçqın və məcburi köçkünlər də unudulmur. Mən  cənab  Prezidentin bununla bağlı dediklərini diqqətə çatdırmaq istəyirəm: “Onu da qeyd etməliyəm ki, bu il köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də əminəm ki, yaxın vaxtlarda öz həllini tapacaq. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir. Hesab edirəm ki, yaxın bir neçə aydan sonra birinci qrup köçkünlər yeni evlərə köçürüləcəkdir.”

Ümumiyyətlə,  məcburi köçkün ailələrinin  sosial  vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması həmişə  cənab  Prezidentin diqqət mərkəzində olmuşdur. Belə ki, ölkə başçısının  sərəncamı ilə  bir neçə  dövlət proqramı  qəbul olunmuş, onların icrası  müvəffəqiyyətlə  həyata  keçirilmişdir. Bu proqramlar əsasında hər  cür infastruktura malik  yeni  qəsəbələr salınmış, məcburi köçkünlər  üçün iş yerləri yaradılmışdır. Bu gün də bu proses davam etməkdədir. Hazırda həmin  qəsəbələrdə  uşaqlar müasir tipli məktəblərdə təhsil alır, yeni səhiyyə müəssisələrində müalicə olunurlar.

Ona görə də məcburi köçkünlər  cənab  Prezidentin siyasi kursunu həmişə  dəstəkləyirlər.  Yaxşı bilirlər ki, ölkə rəhbərinin  apardığı  daxili  və xarici siyasət nəticəsində  onlar yaxın zamanlarda  öz doğma  torpaqlarına qayıdacaqlar. Bu gün Azərbaycanın  çox güclü ordusu var. Aprel döyüşlərində  bizim ordumuz öz gücünü  düşmənə göstərdi. Lələtəpənin  düşməndən  təmizlənməsi, minlərlə hektar  torpaqlarımızın işğaldan azad edilməsi Ordumuzun gücünü  düşmənə göstərdi. Artıq  Cocuq  Mərcanlıda  quruculuq işləri başlanmışdır  və yaxın vaxtlarda bu  kəndin  sakinləri öz  yurdlarına  dönəcəklər.

Prezidentimizin  həyata  keçirdiyi  siyasət  işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına böyük ümidlər yaradır.  Ölkə başçısı Nazirlər  Kabinetinin iclasında bir daha bildirmişdir: “Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik”.

Allahverdi  HAQVERDİYEV, 
Yeni Azərbaycan Partiyası  Qubadlı rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında