Suraxanıda "Gələcəyimiz naminə narkomaniyaya "yox" deyək" mövzusunda tədbir keçirilmişdir

Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2007-ci il tarixli sərancamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın(2007-2017) icrası ilə əlaqədar "Gələcəyimiz naminə narkomaniyaya "yox" deyək " mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, yuxarı siniflərdə təhsil alan şagirdlər, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili aparatının əməkdaşı M.Mahmudov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini F.Hüseynova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini T. Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R. Abbasov iştirak və çıxış etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Əhməd Talıbov bildirmişdir ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Son illər respublikamızda da narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı xeyli artırmışlar.
Ulu öndərimiz Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Narkomanlıq narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlıq sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir... Təəssüf hissi ilə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib və ən acınacaqlısı budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Ona görə də cəmiyyəti bu bəladan xilas etmək , yeni nəslin sağlam böyüməsi məqsədilə 2007-ci ilin iyulun 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərancamı ilə "Narkotik vasitələrin,psixatrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"(2007-2017) təsdiq olunmuşdur. Əlbəttə, bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli şəkil almayıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatı hüquq şöbəsinin müdiri E.Zahirli bildirmişdir ki, Suraxanı rayonunda bu cür zərərli vərdişlərin gənclər arasında yayılmaması üçün müntəzəm olaraq əlaqədar təşkilatlarla birgə maarifləndirmə işləri aparılır. Dövlət proqramlarından irəlı gələn vəzifələri icra etmək məqsədi ilə həm ictimai təşkilatlar, həm də dövlət orqanları gələcəyimiz naminə əllərindən gələni əsirgəməməli, bu istiqamətdə daha da fəal olmalıdırlar.
Tədbirin sonunda Suraxanı Rayon Gənclər və İdman İdarəsinin məktəblilər arasında keçirdiyi "Azərbaycan gəncləri narkotiklər əleyhinə!" mövzusunda rəsm və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında