Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyini davam etdirmişdir

Heydər Əliyev Fondunun "Buta" sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan, valideyn himayəsindən məhrum olan, eləcə də qaçqın, məcburi köçkün və şəhid ailələrindən olan uşaqlar, habelə təhsildə fərqlənən məktəblilər üçün təşkil etdiyi şənlik dekabrın 30-da davam etmişdir.
Bayram şənliyində ölkəmizdə fəaliyyət göstərən yerli və xarici uşaq təşkilatlarının kollektivləri, o cümlədən talassemiya, hemofiliya, diabet assosiasiyalarının üzvləri iştirak etmişlər.
Balacaların zövqünə uyğun əlvan rəngli şarlar və çilçıraqlarla bəzədilən zalda isə uşaqları cizgi filmlərinin qəhrəmanları gözləyirdi.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və fondun prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bir yerdə olmasından və gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarx göstərilmişdir.
İncəsənət ustaları, gənc istedadlar, uşaq bədii özfəaliyyət kollektivləri oynaq, şux mahnılar və rəqslərlə bayram şənliyini daha da şənləndirmişlər.
Şaxta babanın yolkanın işıqlarını yandırmasından sonra cizgi filmlərinin qəhrəmanları ilə rəqs edərək əylənən uşaqların sevinci hədsiz idi.
Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında