Dünyada hər 4 kişidən və 20 qadından biri siqaret çəkir

Dünyada siqaret çəkənlərin sayı bir milyarda çatıb. Bildirilir ki, orta hesabla hər 4 kişidən və 20 qadından biri nikotin asılılığından əziyyət çəkir. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, siqaret aludəçilərinin böyük hissəsi Asiya ölkələrində yaşayır. Çin, Hindistan və İndoneziyada 400 milyona yaxın kişi bu pis vərdişdən əziyyət çəkir. Birləşmiş Ştatlar, Çin və Hindistanda 13-17 milyon qadın siqaret aludəçisidir.

Ayrı-ayrı ölkələri götürdükdə, burada Asiya ölkələri ön sıralarda gedir. İndoneziya, Laos və Ermənistanda kişilərin təqribən 50 faizə yaxını siqaret asılılığından əziyyət çəkir.

Tütün alışqanlığından həyatını itirənlərin siyahısına Çin liderlik edir. Çində orta hesabla hər il 1,8 milyon nəfər siqaretdən həyatını itirir.

Bununla belə, siqaret aludəçiliyinin artmadığı, əksinə azaldığı ölkələr də mövcuddur. Hindistanda 2005-ci ildən başlayaraq hər il siqaret çəkənlərin sayı 3 faiz azalmaqda davam edib. Braziliyada son 27 il ərzində siqaret aludəçilərinin sayı 56-57 faiz azalıb.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında