Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında"Sərəncamının icrası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən vaxtında və dürüst təmin olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən dekabrın 30-da vaxtında və dürüst təmin olunmuşdur.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, əfv olunmuş 92 nəfər məhkumun Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə cəza çəkən 86 nəfərinə əfv sərəncamı tətbiq edilmişdir. Onların 71 nəfəri cəzaçəkmə müəssisələrində, 15 nəfəri isə xüsusi müəssisələrdə cəza çəkən şəxslərdir. 2010-cu il dekabrın 30-da sayca 48-ci əfv sərəncamının icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar xidmətin rəhbərliyinin, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai komitənin üzvlərinin, insan hüquqları üzrə müvəkkilin - ombudsmanın, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.
Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət qruplar əfv sərəncamının əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olmuş, Prezident sərəncamının vaxtında və dürüst icrasını təmin etmişlər.
Cəzadan azad edilmiş şəxslərə azadolunma haqqında arayışlar təqdim edilmiş, yardımlar göstərilmiş, əvvəlki daimi yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar verilmişdir. Eyni zamanda, əfv olunmuş 8 xarici ölkə vətəndaşı Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinə təhvil verilmişdir.
Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxın qohumları dövlətimizin başçısının bu humanist addımını yüksək qiymətləndirərək şəxsən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında