Məcburi köçkünlərə bayram sovqatı paylandı

Öz ənənələrinə sadiq qalan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin kollektivi bu dəfə də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə Qax rayonunda məskunlaşmış məcburi köçkünlərin görüşünə gəlmişdi. Artıq 17 ildir ki, cəmiyyət burada yaşayan məcburi köçkünləri təbrik edərək onlara bayram sovqatı çatdırır.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə məcburi köçkünləri təbrik etdi, ölkəmizdə gedən quruculuq işlərindən söhbət açdı. Qarabağ torpağının erməni işğalçılarından azad edilməsi üçün Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən danışdı.
Sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Cavanşir Cahangirov çıxış edərək kollektiv adından rayonda məskunlaşmış soydaşlarımızı təbrik etdi. Qeyd etdi ki, erməni işğalı nəticəsində yurd yuvalarından didərgin düşmüş soydaşlarımıza qayğı göstərmək hər bir azərbaycanlının borcudur. Sonra cəmiyyətin nümayəndələri 274 məcburi köçkün ailəsinə bayram sovqatını təqdim etdi.
Tədbirdə iştirak edənlər yüksək diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, eyni zamanda, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında