Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verildi

Balakən rayonunda Qarabağ müharibəsi əlillləri üçün tikilmiş fərdi mənzillərin açılış mərasimi keçirilmişdir
4 fərdi mənzilin açarları Kortala kənd sakinləri Qudöiddin Məmməd oğlu Butdayevə, Araz Qarakişi oğlu Ziyadova və İtitala kənd sakinləri Şəhmir Baba oğlu Babayevə və Muxtar Şaban oğlu Məmmədova verilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri, həmçinin rayon icra hakimiyyəti başçısının müavinləri, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
İcra hakimiyyəti başçısının birinci müavini Azad Balayev çıxışında həm yeni mənzil alanları, həm də buraya toplaşmış kənd sakinlərini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, Dövlət Proqramı əsasında son illərdə respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş mənzillər ölkə Prezidentinin şəhid və əlil ailələrinə göstərdiyi diqqətin nəticəsi və dövlət dəstəyinin əyani təzahürüdür.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi rəisinin müavini Xaliq İlyasov, İtitala kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi Gülzar Qarayeva və Qarabağ əlili, yeni tikilmiş fərdi mənzillərdən birinin sahibi Şəhmir Babayev çıxış etdilər.{nl}

İ.MUSAOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında