Azərbaycanı daha xoş gələcək gözləyir

Mən 60 ilə yaxındır ki, Bakı şəhərində yaşayıram. Ailə səadətinə də burada qovuşmuşam. Ali savadlı üç övladımın da xoşbəxt ailələri var. Altı nəvə və bir nəticə sahibiyəm. Ömrüm boyu ev işləri, məişət qayğıları ilə məşğul olmuşam. Evdar qadın üçün axar sudan qiymətli heç nə ola bilməz. Evin səliqə-sahmanı, biş-düşü su ilə bağlıdır. Su həyatdır, rahatlıqdır, sağlamlıqdır, təmizlikdir. Allah-təala heç kəsi su ilə imtahana çəkməsin. Susuz yerdə həyat olmaz, ot da bitməz, deyiblər.
Vaxtilə biz sudan çox korluq çəkmişik. Keçən əsrin ortalarında yüksək mərtəbəli ictimai binalarda yaşayanlar günlərlə su üzünə həsrət qalırdılar. Həyətbəhəyət gəzərək bir içim su üçün saatlarla növbəyə dayanardıq. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, Azərbaycana rəhbər təyin edildikdən sonra vəziyyətimiz, məişət problemlərimiz yaxşılaşmağa başladı. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Kür suyunun Bakıya gətirilməsi qayğılarımızı xeyli azaltdı. Bununla da ulu öndər böyük savab yiyəsi oldu. Mənbəyini Kür çayından alan kəmər istifadəyə verildikdən sonra yüksək mərtəbəli binalarda yaşayanların evlərinə cədvəl üzrə gündə iki dəfə su verildi.
Bu günlərdə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi isə bütün şəhər əhalisinin böyük sevincinə səbəb olmuşdur. Az qala 300 kilometrlik yol qət edərək öz axarı ilə paytaxtımıza gələn büllur, saf çeşmə suyu sakinlərin 75 faizini daimi suyla təmin etmişdir. Kəmərin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə hamıdan çox sevinən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idi. Dövlətimizin başçısı ona görə sevinirdi ki, 2007-ci ildə təməlini qoyduğu Oğuz-Qəbələ-Bakı su kəməri hasilə gəlmişdi.
Prezident İlham Əliyev sözügedən kəmərin əhəmiyyətini yüksək qiymətləndirdi, bu nəcib işdə xidməti olanların hamısını səmimi qəlbdən təbrik etdi. O, belə möhtəşəm və mürəkkəb layihənin həyata keçirilməsində iştirak edən xarici şirkətlərin də ünvanına xoş sözlər söylədi: "Xarici şirkətlərlə əməkdaşlığımız uğurludur və bu layihənin icrasında xarici şirkətlər iştirak etmişlər. Bizdə artıq güclü maliyyə bazası vardır, daxili imkanlar çox böyükdür. Biz istənilən layihəni öz gücümüzlə həll edə bilərik və bunu edirik. İcra edilən bütün layihələrin məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycanda iqtisadi inkişafı sürətləndirmək, insanların yaşayış səviyyəsini və rifah halını yaxşılaşdırmaqdır. Budur bizim əsas məqsədimiz və hədəfimiz".
Konkret və səlis ifadə olunan fikirlərdir. Ulu Tanrıdan arzum budur ki, möhtərəm Prezidentimizə yardımçı olsun. Qoy onun işləri həmişə su kimi aydın və saf olsun. Ata-babalarımız yol çəkməyi, körpü salmağı, bulaq tikməyi savab iş kimi dəyərləndiriblər. Biz belə nəcib işlərin görülməsində hörmətli Prezidentimiz İlham Əliyevə böyük uğurlar diləyirik və onun ətrafında daha çıx birləşməklə doğma Azərbaycanımızın xoş gələcəyini təmin edəcəyik. Fürsət düşmüşkən, xalqımızı və bütün Dünya Azərbaycanlılarını Yeni il münasibətilə ürəkdən təbrik edirəm.{nl}

Solmaz ƏSGƏROVA, Bakı sakini, evdar qadın

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında