Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi əhalinin böyük sevincinə səbəb olan əlamətdar hadisələrdən biridir

Cari ilin sonunda Bakı əhalisinin böyük sevincinə səbəb olan əlamətdar hadisələrdən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi olmuşdur.
Bu sözləri parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Milli Məclisin payız sessiyasının dekabrın 30-da keçirilmiş son iclasında demişdir.
Komitə sədri bildirmişdir ki, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz suyun Bakıya çəkilməsi olduqca sevindirici haldır.
İlin sonunda daha bir əlamətdar hadisə isə Naxçıvana uçan təyyarələrin yenilənməsi və gediş haqlarının aşağı salınmasıdır. Hər iki hadisə Azərbaycan Prezidenti tərəfindən xalqımıza Yeni İl hədiyyəsi olmuşdur. Bunlara və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətindəki digər işlərinə görə, mən, seçicilərim adından dövlətimizin başçısına təşəkkürümü bildirirəm.
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə isə bildirmişdir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi adi bir iş deyil, tarixi hadisədir. İlk dəfə su kəməri 1909-cu ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən çəkilmişdir. Paytaxt əhalisinin içməli suya olan tələbatını ödəmək üçün ikinci mühüm addım 1972-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdır. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A.Mirzəzadə demişdir: "İqtidar tərəfindən hansı sahəyə diqqət yetirilirsə orada olan problemlər öz həllini tapır. Azərbaycanda əldə olunan gəlirlər ilk növbədə sosial problemlərin həllinə, insanların rifah halının yaxşılaşdırılmasına yönəldilir. Bu isə o deməkdir ki, atılan addımlar düzgündür və Milli Məclis bu siyasəti dəstəkləyir".
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında