Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Azərbaycanın bu şəhərdəki baş konsulluğunun açılması münasibətilə mərasim keçirilmişdir

Dekabrın 29-da Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və bu şəhərdə Azərbaycan Respublikasının baş konsulluğunun açılması münasibətilə mərasim keçirilmişdir.
Azərbaycanın Batumidəki baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, mərasimdə Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı Levan Varşalomidze, Acarıstan Ali Sovetinin sədri Mixail Maxaradze, maliyyə və iqtisadiyyat naziri Vaja Bolkvadze, təhsil, mədəniyyət və idman naziri Giya Abuladze, kənd təsərrüfatı naziri Emzar Dzirkvadze, Batumi şəhərinin meri Robert Çxaidze, Türkiyənin baş konsulu Turgu Ercan Özten, İranın baş konsulu Naser Buia, Ukraynanın baş konsulu Aleksandr Akimov, ictimai xadimlər və ziyalılar, həmçinin Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov vurğulamışdır ki, həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar o vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da qəbul edilmişdir. Müvafiq təklifi respublika parlamenti təsdiq etdikdən sonra 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirilmişdir.
Baş konsul bildirmişdir ki, həmrəylik günü dünya azərbaycanlılarının birliyini, Azərbaycan dövlətçiliyinə, xalqımızın milli-mənəvi dəyərlərinə qoyulan hörmətini, Azərbaycan xalqının Vətənə sədaqətini nümayiş etdirir.
H.Nəcəfov baş konsulluğun Batuminin mərkəzində, "Avropa" meydanına gözəl mənzərəsi olan binada yerləşdiyini bildirərək qurumun qapılarının Azərbaycanın dostlarının üzünə hər zaman açıq olduğunu demişdir.
L.Varşalomidze Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Batumidə Azərbaycan Respublikasının baş konsulluğunun açılması münasibətilə təbrik etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında