Təmiz su sağlamlıq deməkdir

Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz - Qələbə - Bakı su kəmərinin istifadəyə verilməsi mərasimi məndə iftixar, fərəh və qürur hissi yaratdı. İftixar hissi keçirdim ki, Böyük Qafqaz sıra dağlarının ətəyinə sığınan Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə qurulan baş suqəbuledici qurğudan qidalanan bu möhtəşəm kəmər 262 kilometrdən çox məsafə qət edərək dünya standartının tələblərinə tam cavab verən çeşmə suyunu ölkəmizin paytaxtı Bakı şəhərinə çatdırmışdır.
Ona görə fərəhləndim ki, bu kəmərin istifadəyə verilməsi ilə Bakının su problemi, demək olar, öz müsbət həllini tapacaqdır. Zarafat deyil, əgər dünənədək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunurdusa, Oğuz - Qəbələ - Bakı su kəməri istifadəyə verildikdən sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaqdır.
Qürurlanıram ki, cəmi 19 il bundan əvvəl müstəqillik əldə etmiş Azərbaycanın heç kimdən maddi asılılığı olmadan belə nəhəng işlər görməyə imkanı var. Bu imkanın bazasını ulu öndərimiz Heydər Əliyev yaratmışdır. Dövlətin idarə olunmasında zəngin təcrübəyə malik olan bu dahi şəxsiyyət 1995-ci ilin sentyabr ayında "Əsrin müqaviləsi"ni imzalamaqla xalqımızın gələcək xoşbəxt həyatının təməlini qoymuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft-qaz strategiyası Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasına imkan yaratdı. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi illərdə təkcə ölkənin əsas sərvəti hesab edilən neft-qaz sənayesini deyil, iqtisadiyyatın bütün sahələrini dinamik inkişaf yoluna çıxarmışdır.
Ötən əsrin 70-ci illərində Kür suyunun Bakıya gətirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Oğuz - Qəbələ - Bakı su kəmərinin müəllifi isə ulu öndərimizin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevdir. Üç il ərzində quraşdırılıb istifadəyə verilən kəmərin ərsəyə gəlməsində ölkə rəhbərimizin müstəsna xidmətləri vardır. Bunu bütün dünya görür, etiraf edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl bayramları ərəfəsində həyat mənbəyi sayılan su kəmərini təntənəli şəraitdə açan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mühüm layihənin əhəmiyyətini xüsusi vurğulayaraq dedi:
- Bu gün tarixdə qalacaqdır. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhvədir. Təmiz su, təmiz hava - biz bütün bunlara nail olmalıyıq...{nl}

Xəlil QASIMOV, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında