Azərbaycan Müstəqil Jurnalistlər Liqası yeni layihənin icrasına başlayıb

Azərbaycan Müstəqil Jurnalistlər Liqası "Fikir, söz və məlumat azadlığının dərinləşməsində ictimai təşəbbüslərin rolu" mövzusunda layihənin icrasına başlayıb. Layihə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilir.
Bu barədə AMJL-nin mətbuat xidmətindən məlumat verilib. Layihəni icra etməkdə məqsəd dövlət orqanlarının, onların informasiya verilməsinə məsul struktur bölmələrinin, həmçinin KİV-in fikir, söz və məlumat azadlıqlarının daha da dərinləşməsinə, plüralizmin inkişafına yönələn birgə fəaliyyətinin mütəşəkilliyini artırmaqdan ibarətdir. Layihədə həmçinin dövlət orqanları və KİV-in münasibətlərinin ölkə qanunvericiliyinə, beynəlxalq təcrübəyə, qarşılıqlı inam və etimada söykənməsinin təmin edilməsi və informasiyanın cəmiyyətə çatdırılması ilə bağlı Azərbaycan Respubnlikası qanunvericiliyi ilə nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsində sosial məsuliyyət formalarının genişləndirilməsi nəzərdə tutulur.
Layihə üzrə başlıca vəzifələr dövlət orqanlarının cəmiyyətin informasiya tələbatını ödəmək, məlumat azadlığının təmin etmək istiqamətindəki fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, KİV-lərin dövlət qurumlarınnın xətti ilə yayılan informansiyaları işıqlandırma səviyyəsini müəyyənləşdirmək, dövlət orqanlarının birbaşa informasiya verilməsinə məsul bölmələrinin media ilə əlaqələrinin mövcud vəziyyətinin onların cəmiyyətdə fikir və söz azadlıqlarının dərinləşməsinə nə dərəcədə yardımçı olduqlarına dair hazırkı vəziyyətə aydınlıq gəntirməkdən ibarətdir.
Layihə əsasında müvafiq sorğuların, "Mətbuat və fikir, söz və məlumat azadlığı məsələləri: tendensiyadan kreativliyə doğru" mövzusunda dəyirmi masanın keçirilməsi, eləcə də "Azərbaycanın mətbu məkanı: fikir, söz və məlumat azadlığının konstitusion əsasları" adlı kitabçanın hazırlanması nəzərdə tutulur.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında