Susuz həyat yoxdur

Dövlət televiziyasında Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı mərasiminə baxarkən çox böyük sevinc hissləri yaşadım. Əminəm ki, olduqca böyük əhəmiyyəti olan bu qurğunun tikintisi böyük tarixi hadisədir.
Mən ixtisasca ali təhsilli melioratom, uzun illər meliorasiya sahəsində işləmişəm. İndi 80 yaşımı haqlamışam, dövlət qulluqçusu kimi təqaüd alıram. Məlumat üçün deyim ki, 1970-ci illərdə Mil qrup su kəmərləri idarəsinə başçılıq etmişəm. Bu idarə Füzuli rayonunda yerləşirdi və kollektivimiz Füzuli də daxil olmaqla İmişli, Beyləqan, Cəbrayıl, Zəngilan rayonlarında su-meliorasiya qurğularının tikintisi və istismarı ilə məşğul olurdu.
Həmin illərdə Azərbaycanda irimiqyaslı meliorativ tədbirlər həyata keçirilir, çoxlu sayda meliorasiya qurğuları inşa olunur, eləcə də əhalinin içməli su ilə təchiz edilməsi üçün uğurlu işlər görülürdü. Bildiyiniz kimi, o illərdə respublikamıza dahi siyasətçi Heydər Əliyev rəhbərlik edirdi. Ulu öndərin tapşırığına əsasən biz melioratorlar respublikamızın ən ucqar dağ kəndlərinə su çəkməyə çalışırdıq. Yaxşı yadımdadır ki, hər dəfə yeni bir kəndə su gələndə sakinlərin sevincinin həddi-hüdudu olmurdu.
İndi Azərbaycanın dövlət başçısı - cənab İlham Əliyevin birbaşa nəzarəti və qayğısı altında Bakı boyda böyük bir meqapolisə nəhəng bir su kəməri çəkilib ki, bu mürəkkəb və mükəmməl qurğunun köməyi ilə şəhərin çox hissəsini keyfiyyətli su ilə təchiz etmək mümkün olacaq. Mən bu tarixi hadisənin əhəmiyyətini dərk etməklə bərabər, bir təcrübəli meliorator kimi bu qurğunun nə qədər gərgin əmək hesabına başa gəldiyini də təsəvvür edirəm. Axı, Oğuzdan, Qəbələdən saf dağ suyunu Bakıya gətirmək üçün qurğunun inşasında çalışan layihəçilərin, mühəndislərin, fəhlələrin hər biri öz işinin mahir ustası olmasaydı, bu çox çətin, həm də şərəfli işin öhdəsindən belə uğurla gəlmək olmazdı.
Bəli, Böyük Qafqaz dağlarının suyu uca dağ aşırımlarından, dərin dərələrdən keçərək ən müasir, kyeyfiyyətli borularla paytaxtımıza gətirilib. Belə böyük miqyaslı layihələri icra etmək bu gün hər dövlətin hünəri deyil. Fikrimcə, bu kəmərin kifayət qədər yığcam zaman kəsiyində tikilərək istifadəyə verilməsi müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən güclü və qüdrətli olduğunu göstərir.
Tarixdə müdrik dövlət adamları rahat yollar çəkdiriblər, su kəmərləri inşa etdiriblər. Belə tarixi şəxsiyyətlər xalqın və tarixin yaddaşında əbədi qalırlar. Necə ki, ulu öndər Heydər Əliyev Azərbayacana rəhbərlik etdiyi illərdə ölkənin tərəqqisi üçün misilsiz quruculuq işləri görüb, indi həmin qəbildən olan xeyixah işlər cənab İlham Əliyev tərəfindən dövlətimiz gücləndikcə daha geniş miqyasda həyata keçirilir.
Mən indi ömrümün ahıl dövrünü yaşasam da, erməni işğalı nəticəsində respublikamızın əksər rayon və kəndlərində məskunlaşan həmyerlilərim- Cəbrayıl əhalisinin xeyrindən-şərindən qalmıram. Hara gedirəmsə, hər yerdə olduqca rahat və gözəl yolların tikildiyini görürəm. Şəhid, Qarabağ əlilləri, qaçqın, məcburi köçkün ailələri üçün yeni evlər tikilir, qəsəbələr salınır. Hər yerdə insanlar Prezidentdən, dövlət başçısının xalqımızın rifahının daha da yaxşılaşması naminə gördüyü faydalı işlərdən ürəkdolusu danışır. Bütün bunları görüb ürəyim dağa dönür və hər dəfə çox hörmətli Prezidentimə ürəkdən minnətdarlıq edirəm.{nl}

Mahmud MAHMUDOV, Cəbrayıllı məcburi köçkün

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında