Su təsərrüfatı işçiləri dövlətin həyata keçirdiyi sosial siyasətə bundan sonra da öz töhfələrini verəcəklər

“Azərsu” ASC-də birinci Bakı beynəlxalq su həftəsinin yekunlarına və  Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş səhmdar cəmiyyətin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov martın 14-dən 18-dək keçirilmiş birinci Bakı beynəlxalq su həftəsinin və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirlərinin yekunları barədə məlumat verərək bildirib ki, su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olan bu tədbirlər təcrübə mübadiləsi və perspektiv əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. Dünyada sayca 7-ci su həftəsinin Bakıda  keçirilməsinin ölkəmiz üçün əlamətdar və qürurverici hadisə olduğunu diqqətə çatdıran Q. Hüseynov bildirib ki, həftə çərçivəsində Dünya Su Şurasının idarə heyətinin 61-ci toplantısı, 8-ci Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü iclası, “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit”  mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransında dünyanın 37 ölkəsindən 200-dək qonaq iştirak edib. Qeyd olunub ki, tədbir iştirakçıları Şollar su mənbəyi, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Taxtakörpü su anbarı, “+82 Qərb” su anbarı, “Azərsu” ASC-nin mərkəzi laboratoriyası, Heydər Əliyev Mərkəzi və  Bakının görməli yerləri ilə  tanış olmuşlar. Həftə müddətində beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra işgüzar görüşlərin keçirildiyini bildirən səhmdar cəmiyyyətin sədri  Prezident İlham Əliyevin “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit”  mövzusunda beynəlxalq elmi-praktiki konfransın və Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına müraciətini, həmçinin su təsərrüfatının inkişafında xidmətləri olan “Azərsu” ASC-nin bir qrup əməkdaşının müxtəlif dövlət təltifləri ilə mükafatlandırılmasını həftənin ən əlamətdar hadisəsi kimi dəyərləndirib.

Tədbirdə  Dünya Su Şurasının prezidenti Benedito Braqanın birinci Bakı beynəlxalq su həftəsi ilə bağlı ünvanlandığı təşəkkür məktubu oxunub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərsu” ASC-nin bir qrup əməkdaşının müxtəlif dövlət təltifləri ilə mükafatlandırılması barədə sərəncamları oxunub. Xatırladaq ki, dövlət başçısının imzaladığı sərəncamlara əsasən, səhmdar cəmiyyətin üç əməkdaşı “Əməkdar mühəndis” fəxri adına, bir əməkdaşı Prezidentin fərdi təqaüdünə, 16 əməkdaşı isə “Tərəqqi” medalına layiq görülüb. Bununla yanaşı, səhmdar cəmiyyətin əmək fəaliyyətində fərqlənən 61 əməkdaşı, həmçinin Daxili İşlər Nazirliyinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının su təchizatı qurğularının mühafizəsində xidmətləri olan 9 əməkdaşı “Azərsu” ASC sədrinin əmri ilə Fəxri fərmana layiq görülüblər.

Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş “Azərsu” ASC əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının vəsiqələri, “Tərəqqi” medalları və fəxri fərmanlar təqdim olunub.

Prezidentin fərdi təqaüdünə layiq görülmüş “Azərsu” ASC sədrinin müşaviri Telman Ağayev, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini  Oruc Bayramov, “Tərəqqi” medalı ilə təltif olunmuş texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov və digərləri qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirərək su təsərrüfatı işçilərinin ölkə rəhbərliyinin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi  siyasətə bundan sonra da öz töhfələrini verəcəklərinə söz veriblər.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında