İddia hüququn qanunla qorunan müdafiə vasitəsidir

"Hüquq ədəbiyyatı" nəşriyyatında Ural Dövlət Hüquq Akademiyasının məzunu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə İcraçıları Baş İdarəsinin tabeliyində olan xidmətdə çalışan Taleh Bayramovun hazırladığı "İddia ərizələri: sənədlərin nümunələri və komentariyaları" adlı kitabı çap olunmuşdur.
On çap vərəqi həcmində nəşr edilən bu kitab son dəyişikliklər nəzərə alınmaqla müasir prosesual mülki, əmək, ailə və qanunvericiliyinin digər sahələri əsasında hazırlanmışdır. Kitabda iddia, ailə-nikah mübahisələri, mülki hüquq pozuntuları, əmək mübahisələri, vətəndaşın işgüzar nüfuzunun, şərəf və ləyaqətinin müdafiəsi mübahisələri, mənzil mübahisələri, öhdəliklərin icra edilməməsindən irəli gələn mübahisələr haqqında məlumatlar açıqlanır, müxtəlif həlli vacib məsələlərlə bağlı müraciət formaları, ərizə nümunələri verilir.
BDU-nun mülki proses, əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Mayis Əliyev nəşrə yazdığı rəydə kitabın məziyyətlərini göstərməklə onun əhəmiyyətini qiymətləndirir və hüquqşünasların sənədləri hazırlayarkən qarşılaşdıqları bəzi çətinliklərin həlli məsələsinə böyük önəm verir. O qeyd edir ki, "respublikamızda formalaşmış hüquq təqdimetmə praktikası göstərir ki, yüksək bəşəri nəzəri biliklərə malik olan və qanunvericiliyi mükəmməl şəkildə mənimsəmiş peşəkar hüquqşünaslar konkret hüquqi sənədlərin tərtib edilməsində problemlərlə rastlaşırlar. Buna əsas səbəb kimi qüvvədə olan qanunvericilikdə ayrı-ayrı sənəd nümunələrinin, o cümlədən prosessual sənədlərin nümunələrinin dəqiq şəkildə tətbiq edilməməsini göstərmək olar. Bu baxımdan "İddia ərizələri: sənədlərin nümunələri və komentariyaları" kitabı mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər".
Kitabda toplanmış komentariyalarda iddianın rolu, pozulmuş hüququn və yaxud qanunla qorunan maraqların qanuni müdafiə vasitəsi kimi izah olunur. Burada mübahisələrin və məhkəmə aidiyyatının, iddia ərizələrinin tərtib olunmasının, dövlət rüsumunun ödənilməsi qaydası və məhkəməyə müraciətlər barədə digər praktiki qaydalar öz əksini tapmışdır.
Ümumi məhkəmələrdə baxılan mübahisələrə aid 36 sənədin nümunəsi də oxuculara təqdim olunur. Müəllif qeyd edir ki, hər bir şəxs doğulduğu andan toxunulmaz, pozulmaz hüququnun olduğunu bilməlidir. "...Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər". Müəllif daha sonra bildirir ki, məhkəməyə müraciət olunanda fiziki və hüquqi şəxslər tərəfindən məhkəməyə təqdim edilən ərizələrin tərtibatından çox şey asılıdır. Bəzən insanlar məlumatsız olduqlarından, iddia ərizələrini qeyri-müəyyən formada tərtib edib məhkəmələrə təqdim edirlər. Əslində, məhkəməyə təqdim olunmuş hər bir sənəd qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib olunmalıdır. Məhkəmədə işin başlanmasının əsasını qoyan fiziki və hüquqi şəxslər tərəfindən yazılmış iddia ərizələri qanuni şəkildə, sübutlara söykənərək qanunların müddəalarına əsaslanmaqla yazılmalıdır.
Taleh Bayramovun bu kitabı Konstitusiya ilə Azərbaycan vətəndaşlarına verilmiş ayrılmaz hüquqların müdafiəsi üçün hər birimizə yaxından kömək olacaq. Kitab hüquqşünaslar, həmçinin, məhkəmədə pozulmuş hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə hər kəs üçün nəzərdə tutulmuşdur.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında