Bişkekdə "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabının birinci cildi çapdan çıxmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təbliği çərçivəsində Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə ikicilddə nəzərdə tutulmuş "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabının birinci cildi çapdan çıxmışdır.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan AzərTAc-a bildirmişlər ki, Bişkekdə rus dilində 5 min tirajla nəşr olunmuş, 500 səhifədən ibarət kitabın tərtibatçıları Nüsrət Məmmədov və Cumadin Kadırovdur. Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri Qənirə Paşayeva, Əhməd Hüseynov, Qafar Əliyev, Füzuli Nəcəfov, Mirəkbər Həsənov, Şakir Həsənov, baş redaktoru professor Aqil Hacıyevdir.
Kitab general-mayor Həsən Şirinovun ulu öndər Heydər Əliyevə həsr etdiyi "Sönməz ulduzdur - Heydər Əliyev" şeiri ilə açılır. Şeiri rus dilinə tanınmış qırğız şairi Mukan Asanaliyev tərcümə etmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına, ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə geniş yer verilmişdir. Oxucular ikicildlikdən, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və diaspor təşkilatlarımız haqqında maraqlı məlumatları oxuya biləcəklər. Xalqımızın tarixi düşmənləri tərəfindən Azərbaycanın başına gətirilən faciələri özündə əks etdirən tarixi faktlarla zəngin olan bu kitab dəyərli məlumat mənbəyidir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş kitabın Qırğızıstan, Qazaxıstan və Özbəkistanda pulsuz yayılması nəzərdə tutulur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında