Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunları müzakirə olunmuşdur

Dekabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2010-cu ilin yekunları müzakirə olunmuşdur.
Geniş kollegiya iclasında respublikamızın sosial-siyasi həyatında qazanılmış uğurlar xatırladılmış, ölkəmizdə dövlət-din münasibətlərinin getdikcə daha da tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, islam və qeyri-islam təmayüllü bayram və tədbirlərin keçirilməsi, dindarlar üçün yaradılmış münasib şərait ətraflı müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilir.
DQİDK-nin sədri Hidayət Orucov hesabat ilində respublikamızda yüksək səviyyədə keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirərək qeyd etmişdir ki, həmin beynəlxalq tədbir Prezident İlham Əliyevin xüsusi dəstəyi ilə keçirilmişdir.
Hesabat ilində dövlətimizin başçısının təşəbbüsü və göstərişi ilə dini-tarixi abidələrin təmir və bərpası, yeni ibadət ocaqlarının tikintisi yüksək qiymətləndirilmişdir. Həmçinin, Heydər Əliyev Fondunun tarixi-dini abidələrimizin təmiri və tikintisi ilə bağlı fəaliyyət proqramının uğurlu icrası qeyd edilmişdir.
Qeyd olunmuşdur ki, dini maarifçilik işinin əsas formalarından biri kimi şəhər və rayon icra hakimiyyətləri ilə təhsil ocaqlarında, cəzaçəkmə müəssisələrində və başqa yerlərdə keçirilən seminar-treninqlər, təsisçisi olduğumuz qəzet və jurnalın, eləcə də digər çap məhsullarının əhali arasında yayılması, həmçinin digər qurumlarla birgə gerçəkləşdirilən qabaqlayıcı tədbirlər öz müsbət təsirini göstərmişdir.
Xüsusilə qeyd edilmişdir ki, ölkədəki dini durumun daim sağlam və sivil olması üçün respublika ərazisində fəaliyyət göstərən həm islam, həm də qeyri-islam dini icmaları ilə işgüzar münasibətlər ancaq hüquq müstəvisində qurulmalıdır.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Mərkəzi aparatının və bölgələr üzrə şöbələrinin müdirləri ölkəmizdə din sferasında vəziyyətin sabit olduğunu vurğulamışlar. Tədbir iştirakçıları, həmçinin yeni ildə qarşıda duran vəzifələr barədə də fikir və təkliflərini bildirmişlər. Hidayət Orucov iclasa yekun vuraraq 2010-cu ilin qurumun fəaliyyətində uğurlu olduğunu vurğulamış və bildirmişdir ki, Dövlət Komitəsinin əməkdaşları gələcək işlərində ölkəmizdə aparılan müdrik dövlət və din siyasətinin həyata keçirilməsində öz bacarıqlarını əsirgəməyəcəklər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında