Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Türkmənistanda qeyd olunmuşdur

Dekabrın 28-də Azərbaycanın Türkmənistandakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaradıcısı ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səfir Vəhdət Sultan-zadə bu bayramın memarı ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda işlədiyi vaxtlar uzaqgörənliklə çıxardığı qərarın böyük əhəmiyyətindən, bu istiqamətdə ölkəmizdə görülən işlərdən, dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin birliyi naminə atılan addımlardan və yaradılan əlaqələrdən danışmışdır.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat vermişdir.
V.Sultan-zadə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyasının beynəlxalq aləmdə yayılmasında diasporumuzun qarşısında duran vəzifələrdən danışmışdır.
Bu gün gənc Azərbaycan dövlətini narahat edən yeganə problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması və ölkəmizin ərazi bütövlüyünün bərpası olduğunu vurğulayan səfir qeyd etmişdir ki, ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə səylərini gücləndirməli, məsələnin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməli, ölkəmizin əleyhinə yönəlmiş təxribatlara qarşı çevik və müvafiq addımlar atmalıdırlar.
Ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Türkmənistanda yaşayan soydaşlarımız da təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın xalqımızın, eyni zamanda bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulamışlar. Onlar Azərbaycan rəhbərliyinin ölkəmizin çiçəklənməsi istiqamətində gördüyü işlər və dövlətçiliyimizin inkişafı naminə atdığı addımlar haqqında eşitdikləri xoş sözləri yüksək iftixar hissi ilə qarşıladıqlarını bildirmişlər.
Sonra Azərbaycan haqqında sənədli film göstərilmişdir.
Səfirlik tərəfindən təşkil olunmuş naharda Azərbaycan xörəkləri, şirniyyatları və içkiləri təqdim edilmiş, milli musiqi səsləndirilmişdir. Tədbir iştirakçılarına, həmçinin Azərbaycan ilə bağlı xatirə hədiyyələri və ədəbiyyat paylanılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında