Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunlarına dair kollegiya iclası keçirilmişdir

Dekabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan komitə sədri Hicran Hüseynova qurumun cari ildə fəaliyyətini geniş təhlil etmiş və qarşıda duran vəzifələr barədə danışmışdır.
Tədbirdə AQUPDK üzrə görülən işlər barədə məruzələr dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycan ailə institutunun sosioloji aspektlərini öyrənmək məqsədi ilə "Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil" mövzusunda tədqiqat aparılmış, tövsiyələr hazırlanmışdır. Ailədə qadın və uşaqlara qarşı zorakılıq probleminə diqqətin artırılması, bu sahədə işin gücləndirilməsi məqsədi ilə regionlarda "Ailədaxili zorakılığa qarşı mübarizə tədbirləri" layihəsi həyata keçirilmişdir.
Qadın problemləri və gender məsələləri ilə bağlı verilən məlumatda qeyd edilmişdir ki, bələdiyyələrdə gender siyasətinin həyata keçirilməsi prosesinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində "Yerli özünüidarəetmə orqanlarında qadınların rolu" mövzusunda konfrans təşkil edilmişdir. Regionlarda "XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda regional görüşlər keçirilmişdir. Görüşlərdə qadınların gündəlik həyatda qarşılaşdıqları məişət zorakılığı, erkən nikah, təhsildən yayınma halları və s. hüquqlarının pozulmasının qarşısının alınmasında yerli özünüidarəetmə orqanlarına dair vəzifələr, bu istiqamətdə mövcud problemlər və onların aradan qaldırılma yolları müzakirə olunmuşdur. "Ekologiya problemlərinin həll olunmasında qadınların rolu" layihəsi çərçivəsində təbii ehtiyatların səmərəli istifdəsinin təşkili, ekoloji böhrandan çıxış yolları, qadınlar arasında ekoloji maarifləndirmə işlərinin təşkili məqsədi ilə müzakirələr aparılmışdır. Regionlarda "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununun təbliğ olunması istiqamətində təlimlər təşkil edilmişdir.
İclasda uşaq problemləri ilə bağlı görülən işlər barədə də ətraflı danışılmışdır. Bildirilmişdir ki, YUNİSEF-in dəstəyi ilə "Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili" layihəsi çərçivəsində küçə həyatı sürən uşaqların vəziyyəti araşdırılmış, bu halların yaranma səbəbləri müəyyənləşdirilmiş və təhlil edilmişdir. Azərbaycan uşaqları haqqında elektron məlumat bankı yaradılmışdır. Banka məlumatların yerləşdirilməsi və ondan istifadə barədə "Qaydalar layihəsi" hazırlanmış, lazımi məlumatlar banka yerləşdirilmiş və istifadəyə verilmişdir. "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" çərçivəsində "Doğumun qeydiyyatı" layihəsi üzrə regionlarda aparılan araşdırmalar yekunlaşdırılmış, uşaq saytı istifadəyə verilmişdir.
İclasda komitənin cari ildəki fəaliyyəti müsbət qiymətləndirilmiş və 2011-ci il üçün iş planı barədə məlumat verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında