"Azərbaycan gəncliyi narkomaniyaya "yox!" deyir"

Tələbələrin gömrükçülərlə ilk birgə layihəsi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəti və tələbələri 2010-cu ilin bütün ayları kimi dekabrı da çoxsaylı tədbirlərlə başa vururlar. Ancaq dekabrın 24-də universitetdə keçirilmiş rəsm və foto əsərləri sərgisi bir neçə cəhətdən əlamətdar idi. Həmin məqamı universitetin rektoru, professor Timuçin Əfəndiyev tədbiri açarkən məhz bu şəkildə ifadə etdi:
- Dərs ilinin əvvəlində təsdiq etdiyimiz qrafikə əsasən biz bu tədbiri yanvar ayında keçirməli idik. Ancaq təşkilatçıların yekdil rəyi ilə sərgini məhz bu gün - dekabrın 24-də açmaq qərarına gəldik. Çünki bu gün Azərbaycan gəncliyinin böyük dostu və himayədarı, milli təhsilimizin yorulmaz qayğıkeşi, son yeddi ildə təhsilə bağlı 17 Dövlət Proqramı təsdiq edib icrasına nail olan Prezident İlham Əliyevin ad günüdür. Cənab İlham Əliyev 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilərkən bəyan etmişdi ki, bizim əsas vəzifəmiz idmanın kütləviliyinə nail olmaqdır ki, bu da gənclərin sağlam böyüməsinə, narkomaniya və digər neqativ hallardan uzaq olmasına xidmət edəcəkdir. Bizim foto və rəsm əsərlərindən ibarət təşkil etdiyimiz sərgi də məhz həmin məqsədə - gəncliyin qeyd edilən mənfi hallardan uzaq olmasına xidmət edir. Biz bu istiqamətdə ilk addım olan belə tədbirin keçirilməsinə dəstək verdiyinə görə Dövlət Gömrük Komitəsinin təmsilçilərinə də öz minnətdarlığımızı bildiririk.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov çıxış edərək bu qəbildən keçirilən tədbirlərin həm mənəvi tərəfdən, həm də yaradıcılıq baxımından böyük əhəmiyyətə malik olduğunu söylədi. Rəssam qeyd etdi ki, mütəxəssislərin yüksək qiymətləndirdiyi işlər xüsusi kataloqa salınacaq və həmin işlərin müəllifləri gələn il Almaniyada keçiriləcək beynəlxalq sərgidə iştirak edəcəklər.
Əməkdar incəsənət xadimi, universitetin təsviri sənət kafedrasının müdiri Arif Əziz, rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Sadıqbəyova və digər natiqlər tələbələrin qatıldığı bu tədbirin gələcəkdə də davam etdirilməsi vacibliyindən danışdılar. Müəllim və tələbələr gənc müəlliflər Gümbüz İmren (Türkiyə), Sona Qazıyeva, Aytən Abdullayeva, Günel Musaxanova və Arzu Mürvətovanın əsərlərinin qarşıya qoyulan məqsədə daha çox cavab verdiyini və uğurlu olduğunu qeyd etdilər.

{nl}

Sadiq QAÇAYEV, ADMİU-nun sənətşünaslıq fakültəsinin tələbəsi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında