İKT sektorunda yeni istiqamətlər müəyyənləşir

Azərbaycanın İKT sektorunun inkişafı ilə əlaqədar ölkə iqtisadiyyatında bəzi dəyişikliklər baş verəcək. Rabitə və İnformasiya Tenologiyaları Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Əli Abbasovun fikrincə, əsas istiqamətlərdən biri ölkədə internet- iqtisadiyyatın qurulması olacaq. Bu, ölkədəki bütün xidmətlərin, o cümlədən bank xidmətləri və ticarətin internet vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
"Bu, çox perspektivli istiqamətdir. Britaniyanın internetdən gəlirləri təkcə ötən il 220 milyard dollar təşki edib"-deyə nazir bildirib.
İkinci istiqamət İKT sektorunda istehsalın - həm texniki qurğuların, həm də proqram təminatının artırılması və onun xaricə ixrac edilməsidir.
Bundan başqa, Azərbaycan müxtəlif layihələr və xidmətlər vasitəsilə regionda İKT infrastrukturunun mərkəzinə çevrilmək niyyətindədir - bura Şərq-Qərb informasiya dəhlizi, kosmik xidmətlər və s. daxildir. Nazirin sözlərinə görə, Azərbaycan ilk süni peykin xidmətlərinin yalnız 15-20%-dən istifadə edəcək, xidmətlərin qalan istifadəçiləri başqa ölkələr olacaq: "Artıq bunun üçün müraciət edənlər də var".

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında