Suraxanı rayonunda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın icrasına dair tədbir keçirilmişdir

Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın və onun həyata keçirilməsi haqqında 2007-2011-ci illərə dair fəaliyyət planının icrasına dair tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin, təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı fəaliyyət planı Suraxanı rayonunda uğurla icra olunur.Azərbaycan Prezidentinin müvafiq sərəncamının icrasını təmin etmək məqsədi ilə rayon icra hakimiyyətinin başçısı tərəfindən müvafiq tədbirlər planı təsdiq edilmiş, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması sahəsində tədbirlər görülmüşdür. Belə ki, vətəndaşların müraciət, ərizə və şikayətləri vaxtında və mahiyyəti üzrə araşdırılır, qanunvericiliklə müəyyənləşdilmiş zəruri tədbirlər həyata keçirilir, bu barədə müraciət müəlliflərinə məlumatların verilməsi reallaşdırılır.
Müraciətlərin qəbulu, baxılması və cavablandırılmasında operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə rayon icra hakimiyyətinin [email protected] elektron poçt ünvanı yaradılmışdır. Eyni zamanda, rayon icra hakimiyyətinin internet səhifəsi (www.suraxani.info) vasitəsilə birbaşa müraciətlərin və elektron ərizələrin qəbulu qaydaya salınmışdır. Həmçinin müvafiq cədvələ uyğun şəkildə rayon icra hakimiyyətinin başçısı, müavinlər və şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilir, rayon icra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri keçirilir. Belə ki, rayon icra hakimiyyətinin iş planına əsasən 9 ay ərzində sakinlərlə 32 səyyar görüş keçirilmiş, qaldırılan məsələlərin həlli yolları birgə müzakirə edilərək aidiyyəti idarə və təşkilatların rəhbərləri ilə müzakirə olunaraq müvafiq tapşırıqlar verilmişdir.
Natiq xüsusi vurğulamışdır ki, ötən dövr ərzində dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı işlər davam etdirilmişdir. Rayon icra hakimiyyətində işləyən dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydaları ilə əlaqədar zəruri işlər görülmüşdür."Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, etik davranış qaydalarına əməl olunması ilə bağlı təminatları konkretləşdirən qaydalar qəbul edilmişdir.
İşçilər üçün dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda seminarlar keçirilmiş, iştirakçılara mövzu ilə əlaqədar normativ-hüquqi sənədlər və materiallar paylanmışdır. Rayon icra hakimiyyətində işləyən dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına riayət edilməsi üzərində nəzarətin gücləndirilməsi təmin olunmuşdur. Həmçinin dövlət qulluçularının peşəkarlığının artırılması istiqamətində tədbirlər davam etdirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Eldar Aslanov, "Şəffaf Azərbaycan" təşkilatının baş kordinatoru Samir Əlibəyov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova çıxış etmişlər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında