"AZƏRBAYCAN: 100 SUAL VƏ CAVAB" kitabı üç dildə nəşr edilib

Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə "Azərbaycan: 100 sual və cavab" kitabı alman, fransız və ərəb dillərində nəşr edilib. Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə kitabı alman və fransız dillərinə Almaniyanın "TMC" nəşriyyatı, ərəb dilinə isə Livanda yerləşən tanınmış "Dar İl İlm" nəşriyyat evi tərcümə edərək çap edib.
Kitab xarici auditoriyanı Azərbaycan barədə ən çox soruşulan və maraq doğuran mövzular haqqında sadə və cəlbedici formada məlumatlandırmaq məqsədilə nəşr edilib. Kitabda əhatə olunan mövzular əsasən Bakıda yaşayan xaricilər arasında aparılmış sorğular və mütəxəssislərin tövsiyələri əsasında müəyyən olunub. Əhatə edilən suallar çərçivəsində oxucuya Azərbaycanın müasir vəziyyəti, dövlət quruluşu, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, ədəbiyyatı, həmçinin elm və təhsil sistemi, adət-ənənələri, mətbəxi və sair məsələlər haqqında müfəssəl məlumat verilir. Kitabda həmçinin Azərbaycanın müxtəlif sahələri ilə bağlı illustrasiyalar təqdim olunur.
Qeyd edək ki, nəşr Avropa Azərbaycan Cəmiyyəti tərəfindən 2006-cı ildə ingilis dilində, 2008-ci ildə isə rus dilində nəşr edilib. "Azərbaycan: 100 sual və cavab" kitabının ingilis nəşri isə "Waterstone Books" dükanları da daxil olmaqla, Böyük Britaniyanın ən böyük kitab dükanları şəbəkələrində yayılmağa başlanıb.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti "

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında