Dördüncü çağırış Milli Məclisin payız sessiyasının son iclası dekabrın 30-da keçiriləcəkdir

Dekabrın 30-da Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinin payız sessiyasının sonuncu iclası keçiriləcəkdir.
İclasda "Dövlət rüsumu haqqında"Qanuna, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə, eləcə də "Fərdi məlumatlar haqqında" Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər ediləcək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunacaqdır.
İclasda digər məsələlərin də müzakirə olunacağı gözlənilir.
Bununla da sessiya başa çatacaq və deputatlar 2011-ci il fevralın 1-dək tətilə çıxacaqlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında