İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqı misilsiz rəşadət göstərmişdir

Aprelin 21-də Polis Akademiyasında Qələbəyə həsr olunmuş "Böyük Vətən müharibəsi illərində daxili işlər orqanlarının cinayətkarlığa qarşı apardığı mübarizə" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransa Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Bəylər Hüseynov, DİN-in Veteranlar Şurasının üzvü Qüdrət Süleymanov, Bakı Müharibə Veteranları Şurasının üzvləri və başqaları dəvət edilmişlər.
Tədbirdən əvvəl qonaqlar və akademiyanın zabit-müdavim heyəti ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuş və xatirə fotoşəkli çəkdirmiş, burada fəaliyyət göstərən "Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz" ilə tanış olmuşlar. Konfrans zalında davam edən tədbirdə çıxış edən akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz rolundan danışmışdır.
Natiqlər Mirzəcan Məmmədov, Əli Məmmədov, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşı Yalçın Qarayev, akademiyanın rəis müavini, polis polkovniki Qabil Zamanov, ictimai elmlər kafedrasının dosenti, əməkdar müəllim, polis polkovniki Tahir Behbudov müharibə dövründə Azərbaycanda fəaliyyət göstərən cinayətkar dəstələrə və düşmənin təxribat-kəşfiyyat qruplarına qarşı aparılan mübarizədən, ictimai asayişin mühafizəsi sahəsində görülən tədbirlərdən, ön və arxa cəbhədə çalışan Azərbaycan oğul və qızlarının igidlikləri, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında veteranların rolundan söhbət açmışlar.
Sonda Akademiyanın rəisi Ramiz Nağıyev tədbirin əhəmiyyətini vurğulamış, bu tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının xidmətlərini qeyd etmiş, onlara uzun ömür və cansağlığı arzulamışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında