Seyyid Rza Nəyyiri: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 100 illik inkişaf yolunu 7-8 ilə keçmişdir"

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının (İİR) səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq Xeyriyyə Birliyinin baş katibi Seyyid Rza Nəyyiri dekabrın 24-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşdür.
İyirmi səkkiz il İİR-in İmam Xomeyni adına İmdad Komitəsinin rəhbəri olmuş S.R.Nəyyirini salamlayan Əli Həsənov qeyd etmişdir ki, bu beynəlxalq humanitar təşkilatın 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi hazırda respublikamızda ən iri və davamlı layihələr həyata keçirən təşkilatlardan biridir.
Qurumun Azərbaycanın iqtisadi baxımdan çətin vəziyyətdə olduğu dövrlərdə qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə əl tutduğunu, humanitar layihələri, səhiyyə və təhsil proqramlarını həyata keçirdiyini bildirən Dövlət Qaçqınkomun sədri Ə.Həsənov Seyyid Rza Nəyyirinin başçılıq etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini qeyd etmiş, sıx əməkdaşlıqdan məmnunluğunu söyləmişdir. 2002-ci ilin dekabrında bu ölkədə olarkən dövlət və hökumət qurumları nümayəndələri ilə keçirdiyi görüşlərin xoş təəssüratlarından danışan Ə.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində 2005-ci il yanvarın 25-də İmam Xomeyni adına İmdad Komitəsində olmasını, o vaxt komitənin sədri olan Seyyid Rza Nəyyiri ilə görüşünü də xatırlatmışdır.
Seyyid Rza Nəyyiri Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin bəhrəsini verdiyini bildirmişdir. "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 100 illik inkişaf yolunu 7-8 ilə keçmişdir", - deyən qonaq respublikamızın belə sürətlə inkişafına heyran olduğunu və sevindiyini qeyd etmişdir. Sağlamlıq Xeyriyyə Birliyinin baş katibi rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq, üzvlərinin sayının 10 mini keçdiyini söyləmiş, eyni zamanda, təşkilatın İranda və xarici ölkələrdə həyata keçirdiyi layihələr haqqında məlumat vermişdir. Bildirilmişdir ki, təşkilatın İranda səhiyyə sahəsində gördüyü işlər ölkədə tibbin inkişafında önəmli rol oynamaqdadır.
Görüşdə İİR-in ölkəmizdəki səfiri Məmmədbaqir Bəhrami iştirak etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında