Yevlax rayonunun Varvara kəndinə təbii qaz verilmişdir

Yevlax rayonunun Varvara kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə Yevlax Şəhər İcra hakimiyyətinin , idarə, müəssisə və təşkilatların nümayəndələrinin, sakinlərin iştirakı ilə mərasim keçirilmişdir.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları İlham Məmmədov və Əli Hüseynov sakinləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan danışmışlar.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Qaz xəttinin çəkilişində fəallıq göstərən bir qrup işçiyə şəhər icra hakimiyyəti tərəfindən hədiyyələr verilmiş, kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılmışdır.
Varvara kəndinin qazlaşdırılması üçün Cırdaxan qazpaylayıcı stansiyasından 9 kilometr uzunluğunda 160 millimetr diametrli poletilen borularla daşıyıcı, 23 kilometr kəndarası paylayıcı xətlər çəkilmişdir. Kəndin 380 abonentindən 124-də sayğac quraşdırılmışdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında