Elmi simpoziumda "YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşması" mövzusu müzakirə olunmuşdur

 Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşması" mövzusunda elmi simpozium keçirilmişdir.
AMEA-nın prezidenti akademik Mahmud Kərimov tədbiri açaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində sürətlə inkişaf edən YUNESKO-Azərbaycan əlaqələrindən, ölkəmizin beynəlxalq aləmə elmi inteqrasiyasının vacibliyindən və simpoziumun əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, son onilliklərdə müşahidə olunan yeni elmi istiqamətlərin sürətli inkişafı bütün bəşəriyyət qarşısında yeni etik-hüquqi tələblər qoymuşdur. Bu tələblərə əməl olunmasını təhsil və maarifləndirmə yolu ilə həyata keçirmək mümkündür.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycanda bioetika və tibbi hüququn inkişafının vacibliyini vurğulamışdır. Bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən ölkədə sosial problemlərin həllinin növbəti illərdə də prioritet istiqamət sayılması əsas insan hüquqlarının - sağlamlıq hüququnun, səhiyyədə və cəmiyyətdə müdafiə edilmək hüququnun da daxil olduğu sosial hüquqların təminatı məsələlərinin əhəmiyyətini bir daha sübut edir.
YUNESKO-nun Bioetika Kafedraları üzrə Beynəlxalq Şəbəkəsi Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov il ərzində institutla birlikdə görülən işlərdən və 2011-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlərdən danışmışdır.
Simpoziumda YUNESKO-nun Bioetika Kafedraları üzrə Beynəlxalq Şəbəkəsi baş ofisinin rəhbəri, professor Amnon Karmi çıxış edərək bioetika və tibbi hüquq sahəsində dünyada həyata keçirilən yeniliklərin Azərbaycanda tədrisinin olduqca vacib olduğunu vurğulamışdır. Bildirmişdir ki, YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlıq bu istiqamətdə də uğurlu nəticələrin əldə olunmasına təkan verəcəkdir.
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iştirakçıları Bioetika üzrə YUNESKO Bioetika Proqramının məzmunu ilə tanış etmiş, bu sahədə görüləcək işləri diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında