Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutunda "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabının təqdimatı olmuşdur

Artıq 10 ildir Regionlararası Heyətin İdarəolunması Akademiyasında (RHİA) Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutu uğurla fəaliyyət göstərir.
Dekabrın 23-də bu tanınmış ali məktəbdə Əlibala Məhərrəmzadənin rus dilində nəşr edilmiş "Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası" kitabının təqdimatı olmuşdur. Mərasimi Azərbaycanın Kiyevdəki səfirliyi və Ukraynanın Azərbaycanlı Gənclər İttifaqı təşkil etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin institutun qarşısındakı büstü önünə gül dəstələri qoymuşlar.
Azərbaycanın səfiri Eynulla Mədətli çıxış edərək bugünkü tədbiri iki dost ölkənin həyatında əlamətdar hadisə adlandırmışdır. O demişdir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə əldə edilən nailiyyətlər, iqtisadi, sosial və digər sahələrdə aparılan sistemli islahatlar dünya birliyinə yaxşı məlumdur. Ukrayna oxucusu bu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə, müstəqil Azərbaycanın tərəqqisinə yönəldilmiş genişmiqyaslı fəaliyyəti barədə dəyərli məlumatlar əldə edə biləcəkdir.
RHİA-nın elmi işlər üzrə prorektoru, professor Nikolay Qolovatı, beynəlxalq münasibətlər üzrə prorektoru, siyasi elmlər doktoru İqor Pilyayev, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutunun direktoru İvan Bidzyura və başqaları çıxışlarında bu mövzunu davam etdirmişlər.
Kitabın müəllifi, Azərbaycan Auditorlar Palatasının üzvü, "Kaspianaudit kompani" şirkətinin müdiri Əlibala Məhərrəmzadə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin genişmiqyaslı fəaliyyətindən bəhs edən kitabın təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Tədbirdə Azərbaycan diasporunun üzvləri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgərov, ali məktəbin professor-müəllim heyəti və tələbələri, Ukraynanın Azərbaycanlı Gənclər İttifaqının rəhbəri Anaq Tahirov, "İrəli" İctimai Təşkilatının Ukraynadakı nümayəndələri iştirak etmişlər.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında