Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirakı Türkiyə mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş XI Sammitində iştirakı, dövlət və hökumət başçıları ilə görüşləri Türkiyənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.
"Sabah" qəzeti "Nabukko artıq həyata keçməlidir" başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşünə geniş yer ayırmışdır. Türkiyə hökumətinin başçısının Azərbaycan Prezidentini "Dolmabaxça" sarayının önündə yüksək ehtiramla qarşıladığını vurğulayan müəllif Duyğu Güvənc qeyd edir ki, dövlətimizin başçısı Nabukko layihəsinin həyata keçirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyini bildirmiş, bu məsələ ilə bağlı Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə Bakıda ciddi danışıqlar aparılacağını diqqətə çatdırmışdır. Prezident İlham Əliyev Azərbaycanın "ECOBank"a qoşulacağı və bu bankın sərmayəçisi olacağını da bildirmişdir. Bundan əlavə, Azərbaycan dövlətinin başçısı Prezident Abdullah Güllə birlikdə Qırğızıstana yardımın da Türk Əməkdaşlıq Şurası vasitəsilə əlaqələndirilməsi üçün müvafiq strukturlara tapşırıq vermişdir.
"Zaman" qəzetində dərc olunmuş yazıda da Prezident İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşlərinə yer verilmiş, bu görüşlərin səmimiliyinin diqqəti cəlb etdiyi vurğulanmışdır. "Əliyevlə səmimi görüş" başlıqlı yazıda Abdullah Gülün Azərbaycan Prezidenti ilə "Tarabya" köşkünün bağçasında söhbət etməsi, prezidentlərin Bosfor boğazının mənzərəsini seyr etdikləri bildirilir.
İngilis dilində nəşr olunan "Todays Zaman" qəzetinin məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin sammitdəki çıxışında İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Türkiyə və digər üzv ölkələrlə ikitərəfli əsasda əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulaması qeyd olunur. Eyni zamanda, bu əməkdaşlığın möhkəmlənməsi üçün Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmasının vacibliyi də diqqətə çatdırılır.
"Milliyyət", "Vətən", "Cümhuriyyət" qəzetlərinin xəbərlərində də Azərbaycan Prezidentinin Türkiyənin Baş naziri ilə görüşünün əhəmiyyəti ön plana çıxarılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin İstanbul Sammitindəki çıxışı və onun keçirdiyi görüşlər Türkiyənin "TRT", "CNN türk", "Habertürk", "Sky", "NTV" kimi nüfuzlu televiziya kanallarının, Anadolu və İhlas xəbər agentliklərinin, digər kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur.
Qardaş ölkənin bütün mətbuat orqanları Türkiyə rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik etdiklərini, ona uğurlu fəaliyyətində müvəffəqiyyətlər arzuladıqlarını yazmışlar.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında