Gəncəlilər Prezident İlham Əliyevə hörmət və ehtiramlarını 12 tonluq tortla ifadə etmişlər

Gəncəlilər hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyevə öz hörmət və ehtiramlarını onun ad günü münasibətilə hazırladıqları 12 tonluq nəhəng tortla ifadə etmişlər.
Şəhərin iş adamlarının təşəbbüsü ilə hazırlanmış tortun mərkəzi meydanda təşkil edilmiş təqdimat mərasiminə minlərlə insan toplaşmışdır. Uzunluğu 49 metr olan tortun üzərində təsvir edilmiş Azərbaycanın xəritəsi, Gəncənin gerbi, eləcə də şəhərin tarixini və müasirliyini əks etdirən abidələrin maketləri mərasimə toplaşanları heyran etmişdir.
Mərasimdə bildirilmişdir ki, analoqu olmayan tortun hazırlanmasına 2 ton un, 1,8 ton şəkər tozu, 29 min ədəd yumurta, 350 kiloqram süd, 400 kiloqram qoz ləpəsi, 370 kiloqram kərə yağı və s. sərf edilmişdir.
Şən musiqinin sədaları altında kəsilən tort sakinlərə paylanmışdır.
Həmin gün dövlətimizin başçısının ad günü ilə əlaqədar böyük bayram konserti də olmuşdur. Konsertdə Vətənə, onun gündən-günə inkişafına diqqət və qayğı göstərən Prezident İlham Əliyevə həsr olunmuş mahnılar səsləndirilmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında