Qədim tarixi, mədəni əlaqələrə malik olan xalqlarımız arasında münasibətlərin hərtərəfli inkişafı üçün böyük potensial vardır

Azərbaycanda səfərdə olan İran İslam Şurası Məclisi sədrinin xüsusi nümayəndəsi və milli təhlükəsizlik komissiyası sədrinin müavini Kazım Cəlali dekabrın 24-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə İran arasındakı dostluq münasibətləri günbəgün inkişaf edir. Əlaqələrimizin möhkəmlənməsində və inkişafında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Azərbaycan və İran Prezidentləri İlham Əliyev ilə Mahmud Əhmədinejadın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımızın daha da genişlənməsi üçün hüquqi baza yaratmış, yeni imkanlar açmışdır. O.Əsədov parlamentlərarası əlaqələrin də inkişaf etdiyini bildirmiş, özünün İrana səfərini, keçirdiyi görüşləri məmnunluqla xatırlatmışdır. Milli Məclisin sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir.
Kazım Cəlali İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin salamlarını və təbriklərini Oqtay Əsədova çatdırmış, məktubunu təqdim etmişdir. Kazım Cəlali demişdir ki, İran parlamentinin sədri Oqtay Əsədovun dəvətinə əsasən münasib vaxtda Azərbaycana səfərə gələcəkdir.
Qonaq bildirmişdir ki, həqiqətən də ölkələrimiz arasındakı əlaqələrin inkişafında dövlətlərimizin başçılarının xüsusi xidmətləri vardır. Hər iki ölkənin dövlət və hökumət təşkilatları bundan səmərəli istifadə edərək əməkdaşlığı daha da genişləndirməlidirlər.
Görüşdə, həmçinin parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkili, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, qədim tarixi, mədəni əlaqələrə malik olan xalqlarımız arasında münasibətlərin hərtərəfli inkişafı üçün böyük potensial vardır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında