Culfa Rayon Polis Şöbəsinin Əlincə bölməsinin yeni inzibati binası istifadəyə verilmişdir

Dekabrın 23-də Culfa Rayon Polis Şöbəsinin Əlincə bölməsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov demişdir ki, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, əməkdaşlar üçün normal iş şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Son illər nazirliyin aparatının, Naxçıvan Şəhər Polis İdarəsinin, Şərur, Şahbuz, Sədərək rayon polis şöbələrinin inzibati binaları yenidən qurulmuş, pasport-qeydiyyat və miqrasiya şöbəsi, Culfa, Kəngərli, Babək və Ordubad rayon polis şöbələri, Xüsusi Təyinatlı Əməliyyat Tağımı, İbadulla və Cəhri polis bölmələri, Dövlət Yol Polisi İdarəsi üçün yeni inzibati binalar tikilib istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Culfa Rayon Polis Şöbəsinin Əlincə bölməsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibəti ilə kollektivi təbrik etmiş, onlara asayişin qorunmasında uğurlar arzulayaraq demişdir: Bu gün ölkəmizdə bütün sahələrlə bərabər, polis orqanları da dövlət qayğısı ilə əhatə olunmuşlar.
Naxçıvan Muxtar Respublikasında da polis orqanlarına göstərilən dövlət qayğısı Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Əgər ölkədə sabitlik, əmin-amanlıq bərqərar edilibsə, asayiş, insanların əmlakı qorunursa, inkişaf da olacaqdır. Ölkədə sabitlik və iqtisadi inkişafın bərabər davam etdirilməsi onun daha tez bir zamanda tərəqqisinə, möhkəmlənməsinə şərait yaradır. Azərbaycanda iqtisadiyyatla sabitlik bərabər şəkildə inkişaf etdirilir, bəhrəsini isə ölkəmiz və onun əhalisi görür. İnsanların əmlakı, hüququ qorunursa, vəzifələri onlara izah edilirsə, o ölkədə inkişaf davamlı olacaq, hər bir sahədə özünü göstərəcəkdir. Ölkəmizin sərhədləri daxilində olan istər dövlət və şəxsi, istərsə də ictimai əmlakımız dövlət orqanları tərəfindən qorunmalıdır. Bunun üçün isə ölkəmizdə polis orqanlarına lazımi şərait yaradılır. Onlar müasir avadanlıq, nəqliyyat vasitələri, yeni inzibati binalar, yüksək əməkhaqqı ilə təmin olunur, polis orqanlarında çalışanların təhsil almaları istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Hadisə o zaman baş verir ki, onun vaxtında qarşısının alınması üçün tədbirlər görülmür. Hadisə törədən şəxs hüquq və vəzifələrini bilmir, ona hüquq və vəzifələrini izah edən təşkilatlar isə öz işlərinə biganə yanaşırlar. Belə olan halda hadisə baş verir, onun vaxtında qarşısını almaq mümkün olmur, dövlətə və insanlara zərər dəyir. Ona görə də yaradılan şəraitdən düzgün istifadə olunmalıdır. Culfa Rayon Polis Şöbəsinin tərkibində polis bölməsi ərazinin böyüklüyünə görə yaradılmamışdır. 17 yaşayış məntəqəsinə xidmət edən Əlincə polis bölməsi həmin kəndlərin rayon mərkəzindən uzaq məsafədə yerləşdiyinə görə təşkil edilmişdir. Yeni inzibati bina, nəqliyyat vasitələri imkan verəcəkdir ki, bölmənin əməkdaşları qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirə bilsinlər.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yeni inzibati binaya baxış olmuşdur.
Sonra Biləv və Əlincə polis bölmələrinə xidməti avtomobillər təqdim olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında