YAP Səbail rayon təşkilatının yeni binası istifadəyə verilmişdir

Dekabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni binası istifadəyə verilmişdir.
Binanın Prezident İlham Əliyevin anadan olması günündə açılmasının rəmzi məna daşıdığını vurğulayan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda son yeddi ildə ulu öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir.
YAP-ın ən böyük strukturlarından biri olan Səbail rayon təşkilatının yeni binasının ərsəyə gəlməsinin partiyanın gücünün artmasını sübut etdiyini qeyd edən Ə.Əhmədov bildirmişdir ki, bu, Səbail ictimaiyyətinin ümummilli lider Heydər Əliyev ideyalarına, YAP-a və partiyanın sədri Prezident İlham Əliyevə inam və ehtiramının ifadəsidir.
Mərasimdə, həmçinin YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov və Səbail Rayon İcra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov çıxış etmiş, yeni bina və burada yaradılmış şəraitdən danışmışlar.
Sonra tədbirdə iştirak edən YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiya fəalları və Səbail rayon ictimaiyyətinin nümayəndələri bina ilə tanış olmuşlar.
Müasir memarlıq üslubunda inşa edilmiş, ümumi sahəsi 1400 kvadratmetr olan üçmərtəbəli binada 21 iş otağı, 120 nəfərlik konfrans zalı vardır. Üçüncü mərtəbədə YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən guşə də yaradılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında