Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə Birgə bəyanat qəbul edilmişdir

Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və İran İslam Respublikasının xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Əkbər Salehi Cənubi Qafqaz məsələləri də daxil olmaqla ümumi maraq kəsb edən müxtəlif mövzuları müzakirə etmək üçün dekabrın 23-də İstanbulda görüşmüşlər.
Azərbaycan XİN-in mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Birgə bəyanat qəbul edilmişdir. Bəyanatda deyilir:
"Nazirlər, Türkiyə, İran və Azərbaycan arasında dərin köklü ümumi tarix, irs, mədəniyyət və sivilizasiyaya əsaslanan güclü münasibətlərin qeydinə qalaraq;
Üç ölkə və onların xalqları arasındakı bənzərsiz əlaqələri vurğulayaraq;
Türkiyə, İran və Azərbaycan arasındakı dərinləşmiş əlaqələrin təkcə onlara yox, həmçinin bütövlükdə regiona xeyir gətirərək daha geniş sahələrdə dostluq münasibətlərini möhkəmləndirməyə imkanlar yaradacağına inanaraq;
Onların bütün sahələri əhatə edən əlaqələrindəki davamlı inkişafla bağlı məmnunluğunu bildirərək, iqtisadi artım və davamlı inkişafı sığortalayan sahələr də daxil olmaqla əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni yolların kəşfinə hazır olduqlarını vurğulayaraq;
Regional və qlobal səviyyələrdə sülhün və tərəqqinin təşviq edilməsi üçün ümumi istəyin və bu məqsədə nail olmaq üçün birgə fəaliyyətin aparılmasına onlarda güclü iradənin olduğunu təkrarlayaraq;
Regionda həll olunmamış münaqişələrin sülh yolu ilə həllinə nail olunmasının, davamlı və uzunmüddətli sülhün və sabitliyin əldə edilməsinə yönələcək bir mühit yaradacağını qəbul edərək;
Region və onun hüdudlarından kənarda sülhü və sabitliyi təhdid edən terrorizm, mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr və insan qaçaqmalçılığına, həmçinin xalqların tərəqqisinin təmin edilməsinə mane olan addımlara qarşı mübarizənin aparılması ilə bağlı onlarda böyük qətiyyətliliyin olduğunu qeyd edərək;
Bu çağırışlarla üzləşərkən müvəffəqiyyətin əldə edilməsi üçün birgə səylərin zəruriliyini etiraf edərək;
Üç ölkə arasında bütün səviyyələrdə məsləhətləşmələrin və əməkdaşlığın genişləndirilməsinin regional və qlobal sülhə, sabitliyə və tərəqqiyə nail olunmasına nəzərə çarpacaq müsbət təsir göstərəcəyinə əmin olaraq;
Razılaşmışlar:
Yuxarıda qeyd edilmiş mühüm məqsədlərə nail olunması üçün regionda həlli tapılmamış münaqişələrin ərazi bütövlüyü prinsipinə əsaslanaraq, sülh yolu ilə həllinə yönəlmiş əsasların yaradılması zəruridir.
Terrorizmə, mütəşəkkil cinayətkarlığa, silah, narkotik maddələr və insan qaçaqmalçılığına qarşı mübarizənin aparılması kimi ümumi maraq kəsb edən regional və qlobal məsələlərin müzakirə edilməsi məqsədilə Türkiyə, İran və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində mütəmadi əsaslarda məsləhətləşmələrin davam etdirilməsi.
Ticarət, investisiya, nəqliyyat, turizm, həmçinin ətraf mühit kimi sahələr daxil olmaqla, lakin bununla məhdudlaşmadan müştərək tərəqqiyə nail olunmasına yönəlmiş üçtərəfli səylərin artırılması məqsədilə birgə əməkdaşlıq planlarının inkişaf etdirilməsinin nəzərə alınması.
Nazirlər, həmçinin mütəmadi əsaslarda üçtərəfli görüşlərin keçirilməsinə razılaşmışlar. Növbəti görüşlər İran İslam Respublikasında keçiriləcəkdir".
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında