Azərbaycan həqiqətlərinin İtaliyada təbliği istiqamətində AzərTAc növbəti addım atmışdır

Beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə İtaliyanın nüfuzlu AGİ xəbər agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
AzərTAc ilə AGİ müntəzəm olaraq informasiya və təcrübə mübadiləsi aparacaq, öz ölkələrində baş verən mühüm hadisələrin qarşılıqlı surətdə işıqlandırılmasında bir-birinə kömək göstərəcək, düzgün və qərəzsiz xəbərlərin dünyaya yayılması məqsədi ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirəcəklər. Bundan əlavə, tərəflər foto, audio, video xəbər xidmətləri ilə bağlı əməkdaşlıq edəcəklər.
Azərbaycan həqiqətlərinin dünya informasiya məkanında daha geniş yayılmasını təmin etmək üçün müxtəlif ölkələrin aparıcı xəbər agentlikləri ilə birbaşa əlaqələrin qurulması və bu əməkdaşlığın daha da genişləndirilməsi AzərTAc-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Avropanın ən nüfuzlu agentliklərindən olan AGİ ilə imzalanmış saziş də bu baxımdan faydalı olacaqdır. 1950-ci ildə yaradılmış AGİ gün ərzində rəsmi xronika, siyasət, iqtisadiyyat, mədəniyyət, idman və digər mövzularda 1000-dən çox xəbər yayır. AGİ də, AzərTAc da xarici tərəfdaşları ilə informasiya mübadiləsinə xüsusi əhəmiyyət verir. Hər iki agentliyin bir çox ölkədə müxbir məntəqələri fəaliyyət göstərir.
AzərTAc AGİ ilə imzalanmış saziş vasitəsilə Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, regionun lider ölkəsinə çevrilmiş, dünyada nüfuzu sürətlə artan Azərbaycan haqqında həqiqətləri İtaliyada daha operativ yaymağa nail olacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında