"Atəşgah" Sığorta Şirkətinin 14 yaşı tamam oldu

2010-cu il dekabr ayının 18-i "Atəşgah" Sığorta Şirkətinin 14 ili tamam oldu. Şirkət Azərbaycan sığorta bazarında uzun illər ərzində liderliyini qoruyub saxlayır. Şirkətin əsas kredosu - əhalini keyfiyyətli sığorta məhsulları ilə təmin etmək və ölkədə sığorta mədəniyyətinin inkişafına öz töhfəsini verməkdir.
14 illik inkişaf dövrü zamanı şirkət kiçik, orta və iri biznes müştəriləri üçün həm şəxsi sığorta növləri üzrə, həm də əmlak sığorta növləri üzrə xidmətlərin təklif edilməsində uğurlara nail olub və çoxları üçün birinci seçim şirkəti olub.
Bu gün "Atəşgah" Sığorta Qrupu əhaliyə daha da yaxın olmaq məqsədilə, pərakəndə satış şəbəkəsini genişləndirir və hər bir vətəndaşın müasir tələblərinə uyğun olan sığorta xidmətləri spektrini təklif edir. Sığorta bazarının iri və dinamik inkişaf edən şirkətlərindən biri olmaqla, "Atəşgah" Sığorta Qrupu 17 növ könüllü və 4 növ icbari sığorta üzrə xidmətlər təklif edir.
Xatırladaq ki, növbəti il "Atəşgah" Sığorta Qrupu üçün yubiley ili olacaq və "Atəşgah - 15 il" markası altında keçiriləcəkdir.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Azərbaycanda həyat üzrə "Atəşgah həyat" özəlləşmiş sığorta şirkəti "Atəşgah" Sığorta Qrupunun tərkibinə daxildir. "Atəşgah" Sığorta Şirkəti fiziki və hüquqi şəxslərə sığortanın 21 növü üzrə xidmət təqdim edir. Birinci yarımilin yekunlarına görə, şirkət ölkənin sığorta bazarında sığorta haqlarını toplamaq üzrə üçüncü yeri tutur. "Atəşgah"ın Bakıda 5 ofisi, Azərbaycan ərazisində 6 regional nümayəndəliyi var.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında