Dövlət Sərhəd Xidmətində 2010-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir.
Azərbaycan Sərhəd Mühafizəsi üçün 2010-cu il dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işləri, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının daha yüksək müstəvidə təmin edilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olmuşdur.
Bu uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi önəm verməsi nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd-buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin "Yuxarı Zeyxur" sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində 2010-cu ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılmışdır ki, bunların 369 nəfəri sərhəd pozucusu olmuşdur.
İl ərzində tutulan sərhəd pozucularının 29,3 faizi (76 halda 108 nəfər) Azərbaycandan müqabil ölkələrə keçərkən, 70,7 faizi (148 halda 261nəfər) müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılmışdır.
Sərhəd pozucularının 59,1 faizi Azərbaycan, 10,6 faizi İran, 8,9 faizi Gürcüstan, 4,9 faizi Rusiya, 4,6 faizi Banqladeş, 3,8 faizi Əfqanıstan, 3 faizi Pakistan, 5,1 faizi digər ölkələrin vətəndaşları olmuşlar.
2010-cu il ərzində tutulan sərhəd pozucularının sayı 2009-cu illə müqayisədə 3,9 faiz artmışdır. Hesabat dövründə sərhəd naryadlarına qarşı 9 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilmişdir. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən 3 silahlı sərhəd pozucusu zərərsizləşdirilmişdir.
İl ərzində 929 nəfər axtarışda olan şəxs tutulmuşdur.
2010-cu il ərzində 911 halda təqribi məbləği 5 milyon 684 min manat dəyərində qaçaqmal tutulmuş, 235 kq 670,4 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır. Ümumi çəkisi 11 ton 51 kq olan 32 min 800 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.
Xəzər dənizində sərhəd reciminə nəzarət məqsədi ilə Azərbaycan Respublikasına məxsus 38, RF-yə məxsus 7 gəmiyə, Azərbaycan Respublikasına məxsus 206 kiçik həcmli motorlu qayığa baxış keçirilmişdir. Onlardan RF-ya məxsus 3 gəmi, AR-ə məxsus 7 gəmi sərhəd rejimini pozduqlarına görə saxlanılmışdır. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri - 554645 (beş yüz əlli dörd min altı yüz qırx beş) metr tor və 71340 (yetmiş bir min üç yüz qırx) ədəd qarmaq yığılmışdır.
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 9 nəfər barədə müvafiq tədbirlər görülmüş, qanunsuz miqrasiya ilə məşğul olan 3 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.
Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, o cümlədən Bakı şəhəri Xətai rayonu ərazisində DSX Akademiyası kompleksinin, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində sərhəd dəstəsi qarnizonunun, hərbi hissələrdə cəmi 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılmışdır.
Hesabat müşavirəsinin sonunda xidməti-döyüş fəaliyyətində ciddi nailiyyətlər əldə etmiş hərbi qulluqçular təltif olunmuşlar.

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında