Milli Məclis Azərbaycan və Rusiya hökumətləri arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi ilə bağlı sazişi təsdiq etmişdir

Milli Məclis "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" sazişi təsdiq etmişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıqla bağlı aparılan danışıqların nəticəsi olaraq 2010-cu il sentyabrın 3-də Bakıda saziş imzalanmışdır.
Sazişin əsas məqsədi Samur çayının ekosisteminin qorunub saxlanması, tərəflərin təsərrüfat və digər ehtiyacları üçün çayın suyundan səmərəli istifadəni təmin etməkdir.
Sazişin həyata keçirilməsi məqsədilə, çayın su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya birgə komissiyası yaradılmışdır. Birgə komissiya hər bir tərəfin təyin etdiyi iki həmsədrin rəhbərliyi altında fəaliyyət göstərir. Bununla yanaşı, komissiya suyun operativ bölüşdürülməsi üzrə işçi qrupu və işçi orqanları formalaşdırır, onların fəaliyyətini paritet əsasda təmin edir. Komissiyanın səlahiyyətlərinə su bölgüsü və ekoloji suburaxma həcmlərinin ongünlük cədvəllərini tərtib və təsdiq etmək, çayda suyun keyfiyyəti üzrə monitorinq proqramlarının işlənib hazırlanmasını və yerinə yetirilməsini təşkil etməklə fövqəladə vəziyyətlərin xəbərdarlıq edilməsi, onların təsirinin yüngülləşdirilməsi və ləğvi ilə əlaqədar birgə fəaliyyət qaydalarının müəyyənləşdirilməsi və digər məsələlər aiddir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında