"İnterfaks-Azərbaycan"ın Qəbələ regional bürosu açılmışdır

"İnterfaks-Azərbaycan" informasiya agentliyinin Qəbələ regional bürosu fəaliyyətə başlamışdır.
Bu münasibətlə dekabrın 22-də tədbirdə çıxış edən agentliyin baş direktoru Aleksandr İvanov bildirmişdir ki, Beynəlxalq İnformasiya Qrupunun (İnterfax İnformation Services Group) tərkibinə daxil olan və 2003-cü ilin mayında təsis edilmiş "İnterfaks-Azərbaycan" agentliyi qısa müddətdə ölkənin informasiya məkanında liderlər sırasına yüksəlmişdir.
Natiq respublikada siyasi, maliyyə-iqtisadi və sosial sahələrdə baş verən yenilikləri, dünyada cərəyan edən mühüm və maraqlı hadisələri əks etdirən xəbərləri Azərbaycan və rus dillərində yayan agentliyin ölkənin dinamik inkişaf yolunda olan şimal-qərb regionunda yeni bürosunun açılmasını əlamətdar hadisə kimi qiymətləndirmişdir. Baş direktor demişdir ki, regionu əhatə edən büronun məhz Qəbələdə yerləşməsi isə bu rayonun hər şeydən əvvəl, böyük iqtisadi və turizm potensialına malik olmasından, son bir ildə məhz burada çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsindən irəli gəlir.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev agentliyin regional bürosunun Qəbələdə açılmasını alqışlamışdır. O, qeyd etmişdir ki, bu region böyük inkişaf imkanlarına malikdir. Sevindirici haldır ki, sizin xəbərlərinizi oxuyanlar Qəbələdə baş verənlər haqqında məlumat əldə edə biləcəklər. İnanıram ki, Qəbələ, Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Ağdaş rayonlarını əhatə edən büro hər zaman bizim regionumuzun ictimai-iqtisadi və mədəni həyatı haqqında maraqlı məlumatlar verəcəkdir. İcra hakimiyyətinin başçısı büronun işinə uğurlar arzulamışdır.
Sonra büronun maddi-texniki bazası ilə tanışlıq olmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında